Həkim-infeksionist: Vaksinasiya bu məsələdə çox önəmlidir

Həkim-infeksionist: Vaksinasiya bu məsələdə çox önəmlidirVaksinasiya COVID-19-dan qurtuluş yoludur. Dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus öz-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, yəni bunun üçün dünya əhalisinin 70-80 faizi xəstəliyi keçirib immunitet əldə etməli, ya da ən effektiv və perspektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.
O qeyd edib ki, virusun öz-özünü öldürəcək dərəcədə mutasiyası, hələ ki, mümkün deyil:
"Bəzi mutasiyalar qeydə alınsa da, ilk mülahizələrə görə, onlar yoluxmanın daha sürətlə artması istiqamətindədir. Lakin həmin mutasiyaların daha nələrə səbəb olacağı araşdırılmayıb. Vaksinasiya bu məsələdə çox önəmlidir. Bu günə qədər vaksinasiya ilə kökü kəsilən xəstəliklər az deyil - çiçək, difteriya və s.
Ölkəmiz də vaksinasiyaya hazırlaşır. Dünyada üçüncü fazanı tamamlamış bir neçə vaksin var. Əsas diqqət yönləndirilən 5 vaksin mövcuddur. Onlardan ikisinin təsir mexanizmi təxminən eynidir. Digərləri isə fərqli təsir mexanizmi ilə effektini göstərir".
Onun sözlərinə görə, vaksinasiya bizim süni yolla immunitet əmələ gətirməyimizə xidmət edən tətbiqdir:
"İmmunitet iki yolla yarana bilər - ya xəstəliyi keçirərək, yəni təbii yolla, ya da vaksinlər vasitəsilə süni yolla. Vaksinlərin təsir mexanizmləri immun sisteminin cavabı qiymətləndirilərək fərqli yollarla hazırlanır. Peyvəndlərin nəzərə çarpmayacaq dərəcədə yan təsirləri var. Bu, illərlə tətbiq olunan vaksinlərə də aiddir. Bunlar keçici və təhlükə yaratmayacaq təsirlərdir. İnsandan-insana fərqli təsir göstərə bilər. Həmin təsirlər yerli və ya sistemik təsirlər ola bilər. COVID-19 vaksinlərinin bəzilərində üçüncü fazada ciddi yan təsirlər aşkarlandı. Buna görə onların tədqiqatları dayandırıldı. Hazırkı vaksinlərin effektivliyinə və təhlükəsizliyinə istehsalçılar zəmanət verir. TƏBİB nəzdində Elmi Komitə və Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələləri ciddi nəzarətdə saxlayır. Təhlükəsizliyi və effektivliyi yüksək olan vaksinin əldə olunub tətbiqi planlaşdırılır.
Araşdırmalarda koronavirusu- SARS-CoV-2 virusunu təbii yolla keçirənlərin minimal üç ay qoruyuculuğu göstərilib. Bəzi statistik rəqəmlərə görə, xəstəliyi keçirənlərdə 6 ay sonra təkrar yoluxmanın min nəfərdən ikisində rast gəlindiyi aşkarlanıb. Bununla bağlı kifayət qədər araşdırma aparılmasa da, xəstəliyi keçirəndən üç ay sonra təkrar yoluxma halı çox yüksək deyil".
Həkim-infeksionist bildirib ki, vaksinlərin qoruyuculuğu onun növündən, xəstənin yaşından, yanaşı xəstəliklərin olub-olmamasından, immun statusundan asılı ola bilər. Çünki eyni peyvənd hər kəsdə eyni cavab əmələ gətirmir:
"Bunu xəstəliyi təbii yolla keçirənlərdə də görə bilirik. Ya onların bir qismində antitel yaranmır, bəzilərində çox az, digərlərində çox yüksək antitel miqdarı qeydə alınır. Bu, şəxsin immun sisteminin cavabvermə qabiliyyətinə bağlıdır. İnaktiv şəkildə də olsa, güclü immun cavab formalaşmasa belə, təmas yaddaş hüceyrələrinin aktivləşməsinə və qoruyuculuğun təmin olunmasına kömək edir.
Peyvəndlər tərkibcə və təsir mexanizmlərinə görə fərqlidir. Əsas təsir mexanizmi insanın antitel yaratma qabiliyyətini aktiv etməkdir. Məsəlçün, Çinin istehsal etdiyi "Sinovac" inaktiv bir peyvənddir. Yəni öldürülmüş virusun proteinləri və bəzi komponentləri vücuda yeridilir və hüceyrələrimiz o virusu görüb ona qarşı immunitet, antitel cavabı formalaşdırır. Ümumiyyətlə, hazırlanan vaksinlərdə 90-95 faiz, hətta ondan çox effektivlik təqdim edilir.
Peyvəndləmədən sonra şəxsin evdən çölə çıxmaması və başqaları ilə təmasda olmamasına dair qayda-qayda yoxdur. Bəzi peyvəndlərdə lokal təsirlərdən qorumaq, yerli iltihabi cavab yarana bildiyini nəzərə alaraq peyvənd olunan yeri qıcıqlandırmamaq üçün təhrikedici maddələrlə - spirt, odekolon kimi maddələrlə toxunmamaq məsləhət görülür. Təmas məsələsi heç bir peyvənddə tətbiq olunmur. Xüsusilə, cansız və ya reproduktiv RNT üzərindən təsir göstərən vaksinlə peyvənd olunanların digərləri ilə təmasında heç bir problem yoxdur. Peyvəndləmədən öncə hər kəs hazırda COVID keçirib-keçirmədiyini yoxlamalıdır. Aktiv koronavirus xəstəsinə peyvənd əks göstərişdir. Çünki təbii immunitetin əmələ gəlmə ehtimalı prosesi daha da dərinləşdirə bilər. Xəstəliyi keçirmiş şəxslərin immuniteti varsa, antitel yaranıbsa, onların da peyvənd olunmasına ehtiyac yoxdur. Xəstəliyi uzun müddət öncə keçirib hazırda heç bir antiteli olmayanlarda peyvənd tətbiq edilə bilər, bunun zərəri olmaz. Canlı peyvəndlər zamanı bəzi immunsupressiv xəstələrlə, immun sistemi zəifləyən xəstələrlə təmas qadağan oluna bilər.
Bəzi ölkələr kütləvi peyvəndləməyə başlayıblar, hələ ki, əldə olunan nəticələr ürəkaçandır - 92, 95, 97 faiz effektivlikdən bəhs edilir. Bu, yaxın tarixlərin nəticələridir. Altı ay, bir il sonra peyvəndin qoruyuculuq nəticələrinin necə olacağı ilə bağlı rəqəmlər dəyişə bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1560   Tarix: 12 yanvar 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

toy makiyaji sekilleri makiyaj etmek qaydalari maskalar artiq cekiden azad olmaq elm haqqinda atalar sozleri orucluqda cinsi əlaqə daban agrilari kosmetika opusme xanim az itburnu layla yumurta