Həkim: Xərçəngdən sağ qalma nisbəti 50 il ərzində 4 dəfə artacaq
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin aparıcı həkimi, professor Stiven Pauis bildirib ki, xərçəng müalicəsindən sonra xəstələrin sağ qalma nisbəti yaxın 50 ildə dörd dəfə arta bilər.
Milli.Az xəbər verir ki, həkim bu barədə "The Telegraph"a danışıb.
Onun sözlərinə görə, artıq uğurlu klinik sınaqlardan keçmiş yeni peyvəndlər sayəsində ağciyər xərçənginə yoluxma halları əhəmiyyətli dərəcədə azalacaq. O qeyd edib ki, insanın genetik profilini müəyyən etməyə imkan verən testlər mühüm rol oynayır. Bu, fərdi müalicə planlarını tez bir zamanda hazırlamağa kömək edir.
Stiven Pauis qeyd edib ki, xərçəngin müasir müalicə üsulları elə bir sürətlə inkişaf edir ki, diaqnoz artıq ölüm hökmü kimi qəbul edilməməlidir. İmmunoterapiya, dərman müalicəsi və xəstəliyin erkən aşkarlanması sahəsində əldə edilən nailiyyətlər xəstələrin ömrünü keyfiyyətcə saxlamaqla, xeyli artırıb./Qaynarinfo.az
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi