Həkimdən HƏYƏCAN TƏBİLİ: "Bayramda qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyini artıra bilər

Həkimdən HƏYƏCAN TƏBİLİ: Bayram günlərində ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxması, arterial təzyiqdə təhlükəli dəyişiklik, xroniki qastritlərin kəskinləşməsi, pankreatitlər, mədə-bağırsaq pozuntuları, allergik reaksiyaların artması və digər ciddi fəsadlara səbəb ola bilər.
Bakı Baş Səhiyyə Mərkəzindən verilən məlumata görə, adətən Novruz bayramında bu hallarla tez-tez rast gəlinir. Mərkəzin həkim-terapevti Nuranə İsabalayeva qeyd edib ki, bayram günlərində qidalanma müxtəlif xəstəliklərin rastgəlinmə tezliyinin artmasına səbəb olur:
"Bayram günlərində insanlarımızın əksəriyyəti qidalanmaya ciddi fikir vermir, yeməkarası fasilələrə, yeməklərin növlərinin düzgün müəyyənləşdirilməsinə diqqət yetirmir. Bu insan sağlamlığı üçün çox əhəmiyyətli məqamdır. Xüsusən, yağlı və qızardılmış, çox ədviyyatlı qida qəbulu zamanı yeməklər arasındakı fasiləni artırmaq, az-az və tez-tez yemək tövsiyə olunur. Bayram günlərindəki ağır qidalanmadan sonra bir neçə saatlıq da olsa (heç olmasa, 6-8 saatlıq) ac qalmağı tövsiyə edirik. Bu mədə-bağırsaq sisteminin yükünün azaldılmasına səbəb olur. Bu baxımdan insanlarda mövcud olan tibbi diaqnozlar, xəstəliklər də mütləq nəzərə alınmalıdır".
Həkim-terapevt, həmçinin xroniki xəstəliyi olan xəstələrin qida rejimlərində dəyişikliklər edilməsinin kəskin fəsadlara səbəb ola biləcəyini bildirib: "Belə ki, şəkərli diabet xəstələrində pəhriz rejiminin pozulması qanda şəkərin miqdarının çox yüksəlməsi ilə nəticələnə bilər. Bu hətta bəzi xəstələrdə diabetik komalara belə gətirib çıxarda bilər.
Xroniki böyrək xəstələrinin də qidalanma rejimində dəyişiklik edilməsi, ağır, yağlı, şirin qidaların normadan artıq istifadəsi qanda kreatinin qalxmasına, arterial təzyiqin kritik göstəricilərinə səbəb olur.
Bundan əlavə, ədviyyatla zəngin bayram şirniyyatlarının qəbulu insanlarda allergik reaksiyaların artması ilə nəticələnə bilər. Bu isə özünü yuxarı tənəffüs yolları və dəri nahiyəsində büruzə verir".
N.İsabalayeva bayram günlərində hazırlanan qidaların saxlanma qaydalarına da riayət olunmasının zəruriliyini nəzərə çatdırıb: "Bu günün yeməklərini çalışın digər günə saxlamayın! Bu xüsusilə, mayonezli salatlara və kremli qidalara şamil olunur. Həmin qidaların bir neçə gün sonra istifadəsi orqanizmdə çox ciddi fəsadlar verə bilər".
Mütəxəssis bütün hallarda qidalanma ilə bağlı hər hansı narahatlıq müşahidə olunarsa, ərazi üzrə sahə/ailə həkimlərinə müraciət etməyi məsləhət bilib. Evdə həkim müşahidəsi olmadan özbaşına müalicələr daha ağır nəticələrə səbəb ola bilər.
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1779   Tarix: 17 mart 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

.

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

turlar.az

reseptler gelinlikler kosmetika mehsullari bürclərin sevgi cədvəli yay paltarları 2026 gil maskalari baş gicəllənməsi kosmetika sekisler masturbasiya nedir rus dili birlik haqqinda qurd xəstəliklərinə qarşı mualicə