Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...

Həkimdən XƏBƏRDARLIQ: uşaqlarınızda bu əlamətlər varsa...Türkiyəli pediatr, endokrinoloq Oya Duran Pembenar uşaqlarda rast gəlinən iştahasızlıq, dırnaq qırılması, ağız yarası və tez-tez səbəbsiz ağlamanın əsas səbəblərini açıqlayıb.
Milli.Az xəbər verir ki, ekspertin sözlərinə görə, hər üç uşaqdan birində dəmir çatışmazlığına rast gəlinir. Həkim qeyd edib ki, dəmir çatışmazlığı olan uşaqlar iştahasız olduqları üçün kifayət qədər qida qəbul etmirlər. Bununla bağlı olaraq böyümə və inkişaf geriliyi kimi ciddi problemlərin meydana gələ biləcəyi barədə xəbərdarlıq edib.
Hər üç uşaqdan birində aşkar olunan dəmir çatışmazlığı ciddi müayinə tələb edən sağlamlıq problemidir. Dolayısı ilə bu, uşaqların əqli inkişafına və öyrənmə qabiliyyətinə də mənfi təsir göstərir.
Pediatr onu da vurğulayıb ki, dəmir çatışmazlığı olan uşaqlar valideynlərinə narahatlıq yaradır, tez-tez səbəbsiz yerə ağlayıb-sızlayırlar. Belə uşaqlarda rast gəlinən digər vacib problem infeksion xəstəliklərdir. Odur ki, valideynlər dəmir çatışmazlığı əlamətlərinə qarşı həssaslıq göstərməlidir:
"Məktəbəqədər dövrdə inək südünün həddindən artıq istifadəsi də dəmir çatışmazlığına səbəb olan digər vacib amillərdən biridir. Hədsiz inək südü içmək dəmirin bədən tərəfindən sovrulmasını pozur və bağırsaqda incə qanaxmaya səbəb olur. Nəticədə dəmir çatışmazlığı inkişaf edir. Bundan əlavə, tez-tez yoluxucu xəstəliklər, bağırsaq parazitləri, mədə-bağırsaq traktının xəstəlikləri və ya böyrək xəstəlikləri, tez-tez burun qanaması kimi problemlər də dəmir çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, ilk altı ayda körpənin tək qidası ana südüdürsə və anada dəmir çatışmazlığı varsa, bu, körpədə eyni problemi inkişaf etdirə bilər", - deyə həkim bildirib.
Dəmir çatışmazlığının vacib əlamətləri
Oya Duran dəmir çatışmazlığı əlamətlərini aşağıdakı kimi sıralayıb:
1. Dəridə solğunluq ən çox görülən simptomlardır. Anemiya dərəcəsinə görə, solğunluq çox aşkar ola bilər.
2. İştahasızlıq dəmir çatışmazlığında ən çox görülən əlamətlərdən biridir. Uşağın qanı artdıqca iştahası bərpa olunur.
3. Yorğunluq və halsızlıq dəmir çatışmazlığı olan uşaqlarda ən çox qeyd olunan simptomlardır.
4. Dəmir çatışmazlığı olan uşaqlar tez-tez narahat olurlar.
5. Diqqət çatışmazlığı və qavrayış problemləri inkişaf edə bilər.
6. Böyümə geriləməsi dəmir çatışmazlığının digər vacib simptomudur.
7. Nadir hallarda ağlayarkən nəfəs tutulması baş verə bilər.
8. Dırnaqlar tez qırılır.
9. Ağız kənarında çatlaq dəmir çatışmazlığının tipik əlamətləridir.
10. Yuxu pozğunluqları da dəmir azlığına işarə edir.
11. Torpaq, əhəng və kağızı yemək istəyi də digər ümumi simptomlardır.
12. Əqli geriləmə müşahidə edilə bilər. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2429   Tarix: 30 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası