"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ

Boş damağını göstərib: "Üst dişlərimin hamısı qızılıydı. Yeni ildə süfrəyə qoymağa heç nəyimiz yox idi. Uşaqlar da ac. Arvada dedim, dur, siyahı tut. Təəccüblə üzümə baxdı, dinmədi. Başladı yazmağa: alma, armud, düyü, kartof,.... Siyahını da götürüb birbaşa həkimə getdim. Dedim, sök hamısını. Sökdü. Qramını 42 manatdan satdım. 255 manat etdi. Gəldim bazara. Uşaqların "sapojki"ləri yoxuydu. 2 cüt "sapojki" aldım, qəşəng bazarlıq etdim. Təhminəyə də ətir aldım".

Qədir o günü gülümsəyərək xatırlayır. Qürurla. Deyir, peşman deyiləm! "Ailəm üçün lazım gəlsə, canımı da verərəm. Diş nədir ki?!". Lakin ömür-gün yoldaşı Təhminə Məhərrəmova kədərlidir. Ərini dinlədikcə, başını bulayır, gözləri yaşarır.

-Həmin gün çalışdım az danışım, evdəkilər bilməsin, ağzımda qızıl dişlərim yoxdu. Təhminə biləndə... (susur)

Təhminənin titrək səsi eşidilir:

-Çox danladım. O çörək boğazımdan necə keçdi, onu bir Allah...

Sözünü tamamlaya bilmir. Göz yaşları yanağından sürüşüb sinəsinə tökülür. Qədir gözüylə uşaqlara işarə edir. Təhminə uşaqların görməyəcəyi şəkildə gözünü silir. Dərindən bir köks ötürüb:

-Hələ də imkan edib onun dişlərini düzəltdirə bilməmişik. Elə ancaq uşaqların boğazına, dəftər-kitablarına çatdırırıq.

Qədir Ağalarlı Bərdə şəhərindəndi. 39 yaşı var. 2003-cü ildə birinci həyat yoldaşı ilə birgə Bakıya köçüb. 7 il övlad yolu gözləyib. Keçmiş həyat yoldaşı övladlıq götürməyə də razılaşmayınca yollarını ayırıblar. Deyir, pencəyimi götürüb çıxdım. "Razin"dəki 2 otaqlı evini birinci həyat yoldaşına bağışlayıb. Sonra tale onun qarşısına Təhminəni çıxarıb. 2005-ci ildə ikinci dəfə ailə qurub. İki oğul atasıdır.

"Böyüyə rəhmətlik atamın adını qoymuşam. Salman! Gözümün ilkidir, görən gözümdü. Sərvan, sonbeşiyimdi, ürəyimdi. Uşağı yaratmışamsa, baxmalıyam. 3-cü, 4-cü uşağa baxa bilməyəcəmsə, dünyaya gətirib niyə zəlil edim? İki uşaq bəsimdi. Bunları verənə şükür! Uşaq həsrəti nədir, bilirəm. O qədər çəkmişəm! (dərin ah çəkir). Allah kimsəyə göstərməsin! Nə eləmişəm, halal-xoşları olsun!", deyərək Təhminənin sözünü kəsir.

Təhminə Məhərrəmova əslən Qərbi Azərbaycandandır. 35 yaşı var. Ailəsi ilə birgə 1984-cü ildə Balakənə köçüblər. Balakənin rütubətli havası yaşlı anasına düşməyib. Oradan da Bakıya köçüblər. 18 yaşında qardaşı Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. 1993-cü ildə Ağdərədə gedən gərgin döyüşlərin birində itkin düşüb. Bu itkidən sonra anasının vəziyyəti daha da ağırlaşıb.

-Nə ölüsündən, nə dirisindən xəbər çıxmadı. 7 ildən sonra şəhid statusu verdilər. Qardaşımdan sonra anamı da itirdik. Dözə bilmədi. Sonra atam da rəhmətə getdi.

Təhminənin ağlayacağını hiss edən Qədir Salmangil oturan tərəfə boylanır. Uşaqların başının qarışıq olduğunu görüb hər ikisi sakitləşir.

Ailə qurandan sonra yaşamağa evləri olmadığından müvəqqəti Təhminənin ata evində məskunlaşıblar. Müvəqqəti məskunlaşma düz 5 il çəkib. 5 ildən sonra...

-Atam balaca torpaq yeri verdi, 1 otaq tikdik. Həyət-bacası yoxuydu. Qapı birbaşa küçəyə açılırdı. Uşaqlar da böyümüşdü. Qapı açılan kimi küçəyə qaçırdılar. Həm oynamağa yerləri yoxuydu, həm də bir gün onları maşının vuracağından qorxurduq. Qərara gəldik, buranı satıb nisbətən geniş ev alaq.

Söhbətə Qədir bəylə davam edirik.

-Ramanadan ucuz torpaq tapdıq. İki otaq tikdik. Sonra yoldaşım xəstələndi. Əməliyyat etdirdim. Əlimizdə qalan pul da getdi həkimlərə. Yetmədi, əlavə borc aldım. Sonra işdən çıxdım. Faizlə pul götürmüşdük. Günü-gündən məbləğ şişirdi. Evimizi satmalı olduq. 2 uşaqla qaldıqmı küçədə?! Çarəsiz Təhminənin qardaşıgilə getdik. 2 il qaldıq orda. Zabratda. Keçən il əmim oğlu İslam gördü evsiz çox əziyyət çəkirik, bu torpağı Təhminəyə və uşaqlara hədiyyə etdi. Dedi, yarın sotu uşaqlarındı, bir sotu da Təhminənin. Mənim payım yoxdu (gülür).Əvvəldən bu dəmiri evi almışdıq ki, nə vaxtsa 1 sot torpaq alıb içinə qoyarıq. Axşam 7-də başladım qurmağa, gecə 3-də bitirdim. Gecəylə də köçdük evimizə.

Onun ürəklə "ev" adlandırdığı dəmir konstruksiyadır. Qarabağ müharibəsində evsiz qalmış məcburi köçkünlərə paylanan. Saatlıdan məcburi köçkündən 2300 manata alıblar.

-Qonşuların biri su verdi, digəri işıq. Üstündə əyləşdiyiniz divanı da qonşu verib. 5 ay olar təbii qaz çəkdirmişik. 230 manat ödədik. Sayğac da verdilər. "Truba"ları özümüz aldıq. Sobanı da qonşu verib. Bir təhər işığın da haqqını vermişik, amma hələ gəlib sayğac qoymayıblar. Gözləyirik. Suya da 350 manat istəyiblər. Pulum yoxdu verməyə. Deyirəm, dövlət rusumu nədirsə, ödəyim, lap sizə də 50 manat hörmət edim, özüm də qazım. Deyirlər, yox e, 350 manat verməlisən, üstəlik də özün qazmalısan. Pulumuz yoxdu deyə qalıb. Sağ olsun, qonşudan su çəkmişəm. Onun kartına aylıq pul ödəyirəm. Yoxsa, susuz qırılıb-batarıq.

Sabunçu rayon Balaxanı Bələdiyyəsi tərəfindən Balaxanı qəsəbəsinin yeni yaşayış massivində Yeni Balaxanı ünvanında şəxsi mülk tikmək üçün Qədirin əmisi oğlu Ağalarov İslam Soltan oğluna 1200 kv. metr torpaq sahəsi ayrılıb. Buna baxmayaraq, Suraxanı İcra Hakimiyyəti onlara o torpaqda ev tikməyə icazə vermir.

-Dedilər, tası var - 4 min. Ver, sonra tik!

-Kim dedi?

-İcra nümayəndəsi gəlmişdi, o. Səhv eləmirəmsə, adı Vüqardı. Hamam tikəndə kim gəlirdi, 5 manat verib yola salırdım. Barını gecə tikmişəm. Bu dəmiri quranda kim varıydı, tökülmüşdü bura. Dedim, imkanım olsaydı, daha niyə dəmirin içində olurdum, elə daşdan bir balaca otaq tikərdim, dəmirin içində bişməzdim! Hay-küy, axırda çıxıb getdilər. İcra nümayəndəsi sənədimizə baxıb, deyir, saxtadı. Necə saxtadı? Möhürü var, imzası var. Qida Sənaye Kollecində fəhlə işləyirəm. 137 manat maaş alıram. Mağazalardan nisyə ərzaq götürürük. Maaşım elə borca gedir, bəzən heç borcu bağlamır da. Altı-bazar əlavə iş olanda işləyirəm. İşdən qorxmuram. İnanın, böyrəyimin ağrısından nəfəs ala bilmirəm.

Təhminə başıyla ərinin sözlərini təsdiqləyir.

-Yenə də işləyirəm. Salman 5-ə, Sərvan 2-ci sinfə gedir. Uşaqların əlinə baxmasın deyə, hər gün hərəsinə 30 qəpik verirəm. Elə olub ayaqqabımın burnu açılıb, amma mən uşaqların dəftər-kitabını əskik etməmişəm. Etmərəm də. Oxusunlar deyə, camaat 5-ini alanda, mən 6-sını almışam. Qışda qəbiristanlıqda qəbir qazıram ki, əlavə 10 manatım olsun. Uşaqları başa salıram ki, oxusunlar. Amma Salmanın oxumaqla arası yoxdu, idmanı sevir. Kinq boksa gedirdi. Yaxşı nəticələr də qazanmışıd. Bir ildi məşqlərə gedə bilmir, imkansızlıqdan qalıb. Dərnəgüldə işləyirdim. Salmanın ad günü idi. Alacağım vardı. Müdirdən istədim, dedi, hələ yoxumdu. Çıxartdı 3 manat yol pulu verdi. Onda Ramanada olurduq. O pulu xərcləməyim deyə Dərnəgüldən evə piyada gəldim. Səhər 4-də evə çatmışdım. 3 manata Salmana 3 oyuncaq əsgər almışdım.

"Həmin gün güclü qar yağırdı. Qədir çox yaxşı atadır. Utanmaz, çəkinməz. Uşaqlar ac qalmasın deyə, gedib onun-bunun qapısında fəhləlik edir. İçən deyil, çəkən deyil. Kənara bir qəpik pul xərcləməz. Nə qazanır, ailəsinə gətirir", - Təhminə həyat yoldaşını tərifləyir.

- Dünən günorta "obed" etməmişəm. Cibimdə 5 manatım vardı. Onu da saxladım uşaqlara. Axşam yeddidə Təhminəyə zəng etdim, 5 manatım var, yeməyə nə alım? Dedi, yemək bişirmişəm, gəl. İki gün də ac işləyərəm. Əsas balalarım ac qalmasın. Uşaq mənə desə ki, ata, mən acam, onda gərək özümü asım! Çox şükür, ayda-ildə bir dəfə 1 kilo ət alıram. Qalan vaxtlar kartof, soğan, yumurta, göy-göyərti yeyirik. Restorana girirəm, qardaşlar yeyib-içirlər. Mənə deyirlər, sən də gəl! Yalandan deyirəm, toxam. Halbuki, acından ölürəm. Qarnımı doydurmaqla deyil e, evdəkilər acdısa, boğazımdan yemək keçər?! Uşaqlar da nəsə tələb etməz. Görürlər yoxdu, istəmirlər. Məktəbə gedəndə 30 qəpik verirəm. Böyüyə xərclik verəndə, yüz dəfə soruşur, evdə çörək pulu var? Bir dəfə işdən gələndə Təhminə dedi, evdə 2 nəfərlik yemək var. Dedim, mən toxam, uşaqlara ver. Uzandım yerimə. Bir saat keçdi, Salman əlini yeməyə uzatmadı. Ta mən əlimi çörəyə uzadana qədər, mən bir tikə ağzıma qoyan kimi uşaq da başladı yeməyə. Məktəbə gedir, aldığının yarısını çantasında balaca qardaşına gətirir. Halbuki, hər ikisinə 30 qəpik verirəm. Çox tərbiyəli övladlarım var mənim. Ağızlarından bir dəfə pis söz eşitməmişəm. Anası çox yaxşı tərbiyə edib.

Yaşadıqları "ev"in döşəməsi yoxdu. Yerə taxta "fanerka" düzüblər. Tavan və divarlar dəmirdən olduğundan qışda içərisi buz kimi, yayda isə cəhənnəm istisi olur.

"Elə ki havalar qızdı, biz qalırıq çöldə. Evə giriləsi olmur. Dəmirlər qızır, elə bil isti sobanın içinə girirsən. Günün altı evdən sərin olur. Gün batandan sonra yavaş-yavaş sərinlənir. Köhnə kondisioner almışam. Bir otağı nisbətən sərinlədə bilir. Otağın o biri başına keçirsən, od tökülür. Dəmirə əl vurmaq olmur, az qalır adamın əlini yandıra. Qışın zülmü də ayrı olur. İsitmək olmur. Buzxana olur. Divarın o biri üzü qəbiristanlıqdı. Hər təzə dəfndən sonra meyitin üfunət qoxusundan dayanmaq olmur burda. İnsan iyindən pis iy yoxdu həyatda. Gecələr də qurbağa, çaqqal, tülkü səsindən yatmaq olmur. Üstəlik də ilanlar", - deyə Təhminə gileylənir.

İki gün əvvəl qonşu bir ilan öldürüb. Deyir, yalan olmasın, 1 metrə çatırdı uzunluğu. Sinəsi sarı, üstü yaşıl imiş. İlk dəfəymiş belə ilan görürmüşlər. Təhminə sayır ki, keçən yay 6-7 dənəsi ilan öldürüb. Hamısı da balaca-balaca. Dünən də birini də soyuducunun altında öldürüblər. Uşaq qapını açan kimi ilan ondan qabaq içəri girib. Boz rəngdə imiş. İlandan əlavə müxtəlif həşəratlar da evə girir.

Qədir Təhminəni göstərərək:

-Şəkər xəstəsidir. Bir ildi onu həkimə apara bilmirəm. Oynaq təzyiqi var. Havalar isinən kimi təzyiqi qalxır. Bu dəqiqə kimsə zəng edə, Təhminəni harasa çağıra, əyninə geyinməyə bir şey tapmayacaq. Mən özüm "Rus" bazarından geyinirəm. Əynimdəki kostyumu pay veriblər. 7-8 pencəyim var. Heç birinə də pul verməmişəm.

Uşaqların onun dinləmədiyindən əmin olunca, asta səslə:

-Uşaqlara da "Rus" bazarından alırıq. Pay verənlər də olur. Sərvan bu yaxınlara kimi məktəbə "sapojki" ilə gedirdi. Yazıq uşaq bir dəfə şikayətlənmirdi də. Başqa uşaq olsaydı, valideynin üzünə qayıdardı.

Sonuncu cümləni sanki bilərəkdən ucadan dedi ki, uşaqlar eşitsin. Müsahibə boyu uşaqlar otaqda olsalar da, səsləri çıxmadı.

Qədirin ən böyük arzusu övladlarına təhsil verməkdi. Deyir, pencəyini satmaq lazım gəlsə, satacaq, qışda pencəksiz gəzəcək, amma onları oxudacaq. Amma evini tək tikdirə bilməyəcəyini deyir. Və xeyirxah insanlardan kömək gözləyir...
"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ"Həkimə dedim, qızıl dişlərimin hamısını sök, gəldim bazara..." - Bir atanın ürəkdağlayan HEKAYƏSİ

Xəbərlər     Baxılıb: 3470   Tarix: 28 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari reseptler yuxu yozmalar goyemin faydalari gundelik burcler qara noqteler ucun uz maskalari kosmetika novruz bayramına aid hakışda xocali həsən bəy zərdabi tanisliq vusale elizade