Həm bədəni qızdırır, həm də müqaviməti artırır
Qış aylarında vətəndaşlara soyuq havalara qarşı zəncəfil istehlak etmələri tövsiyə olunur.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, soyuq havalarda istehlak edilməsi tövsiyə edilən zəncəfil adətən limon, zərdəçal (sarıkök), bal və darçın kimi maddələrlə qarışdırılır.
Bundan əlavə, qış çaylarında üstünlük verilən zəncəfil müntəzəm istifadə edildikdə orqanizmin müqavimətini artırır. Xüsusilə səhər oyanmaqda çətinlik çəkən və gün ərzində özünü çox üşüyənlərin zəncəfildən istifadə etməsi tövsiyə olunur.
Toz halında, təzə və qurudulmuş ədviyyat kimi 3 şəkildə istehlak edilən zəncəfilin faydalarından danışan bitki mütəxəssisləri, "Toz zəncəfil zərdəçal ilə qarışdırılaraq bal, mixək və darçınla yeyildikdə öskürək kimi xəstəliklərə yaxşı gəlir. Bronxit, nəfəs darlığı, faringit və KOAH kimi xəstəliklərin qarşısını alır. Qışda bədən müqavimətini artırdığı üçün bədəni qızdırır" dedi.
Milli.Az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin