Hər bir qram artıq duz sizi necə məhv edir? – Duzun yaratdığı XƏSTƏLİKLƏR

Hər bir qram artıq duz sizi necə məhv edir? – Duzun yaratdığı XƏSTƏLİKLƏRHər gün duz - natriumun sutkalıq dozasının 1 qram belə artıq qəbulu və dozanın aşılması insanın bütün orqan və sistemlərinə zərbə vurur. Duz şəkərdən qat-qat qorxulu qatildir.
Milli.Az medicina.az-a istinadən duzun qara magiya kimi zərərləri barədə məlumatı təqdim edir.
Duzdan çox istifadə edən insan elə kənardan, xarici görünüşündən sezilir: onun bədəni şişmiş olur, gözlərinin altı torbalanır, kökəlir, ürək, böyrək xəstəliyi olur. Hətta artıq duz mədə xərçənginə də səbəb olur.
Mən yeməyə duz səpmirəm, şoraba yemirəm deyirsizsə, bilməlisiz ki, söhbət əlinizlə yeməyi duzlamaqdan getmir. Duz gündəlik, aylıq qəbul etdiyiniz qida məhsullarındadır və yavaş-yavaş toplanır: çörəkdə, kolbasada, ət məhsulunda, konservlərdə, fast fudda, souslarda, un məmulatlarında, yarımfabrikatlarda, pitsada - çox şeylərdə var.
Məsələn: kolbasa və pendirli buterbrodda artıq sutkalıq duz miqdarı var. Yeyib evə gəlib, bir də yeməyə duz qatıb qəbul edirsiz. Bir dilim pitsada 50% sutkalıq doza var. Bir çox souslarda 40% duz miqdarıdır.
Əgər qablaşdırılmış qida məhsullarının qutusunda qlutamat natrium, nitrit natriy, xlorid natrium sözləri varsa, bilin ki, bu əlavə olunmuş duzdur.
İndi adi günəbaxan tumlarına da duz qatılır. Duzlu qida yedikdən sonra, insan bir daha o qidanı istəyir, doymur. Duz yağın dadını gizlədir, ona görə toxluq hissi yaranmır. Orqanizmə beyindən doyma siqnalı gəlmir, fast-food qidalarını, kartof frini yedikdən sonra hələ də ac olmağınız bununla bağlıdır. Bu səbəbdən insanın sutkalıq kalorisi artır, o kökəlir, yeməyə pulu çox çıxır, qarın, ayaqlar, bel piylənir, beyin sönür.
Duzun zərəri: Böyrəklərdə kristal və daşlar
Natriumun artıqlığı sümüklərdən kalsiumu yuyur, sidikdə daha çox oksalat və ya fosfat kalsium yığılır. Onlardan kristallar hasil olunur, kristallar sidik kisəsi və böyrəklərdə çökür və zamanla daşa çevrilir.
Bu tip daşlar 80% xəstələrdə rast gəlinir. Son zamanlar uşaqlar və gənclərdə böyrək daşlarının artması hazır duzlu qidaların çoxalması ilə bağlıdır.
Təzyiqi yüksəldir
Natrium orqanizmdə mayeni saxlayır, durğunluq yaradır, hüceyrəətrafı ödem artır, damarlar qalınlaşır, qan dövranı artır, arteriyaralara təzyiq düşür. Bu zaman təzyiq yüksəlir və nəticəsi infarkt və ya insult olur.
Mədə xərçəngi yaradır
Bu da yeni məlumatdır və elmi tədqiqatlarda sübut olunub. Burda yenə də adi xörək duzunun yeməyə əlavə olunması yox, duzlu konserv və hisə verilmiş məhsulların çox yeyilməsi nəzərdə tutulur. Müntəzəm olaraq, məsələn həftədə 3-4 dəfə sosis, kolbasa, balıq konservi, qızardılmış duzlu qidalar yeyənlərdə mədə xərçəngi daha çox rast gəlinib.
Belə ki, natrium məsənin selikli qişasını zədələyir, onu iltihablandırır, getdikcə hüceyrələrdə distrofik dəyişikliklər olur. Duz mədədə amansız helikobakteriyanın də çoxalmasına zəmin yaradır. Bu da mədə xərçənginə gedən yoldur.
Bəs nə etməli?
- Gündəlik norma 2300 mq - bir çay qaşığı miqdarı duzdur. Kardoloqlar təzyiq və ürək xəstələrinə daha az - 1500 mq tövsiyyə edir. Bunu hesablaya bilib, duz qəbulunu tənzimləyə bilirsizsə, lap yaxşı, edə bilmirsizsə, nə yediyinizə diqqət edəcəksiz
- Qablaşdırılmış, etiketli qidalarda duz müxtəlif terminlərlə gizlədilərək yazılır. Miqdarına fikir verin.
- Hazır qidalar, konserv, kolbasa az alın, ümumiyyətlə yeməyin
- Təzə meyvə tərəvəz yeyin, onlarda da təbii duz var
- Kaliylə zəngin tərəvəzlər, meyvələr yeyin. Kaliy təzyiqi salır
- Duz əvəzinə salat və yeməklərə daha faydalı ədviyyatlar qatmağı təcrübə edin: reyhan, sarıkök, istiot, paprika və s.
- Salatlara zeytun yağı, limon suyu, balzamik sirkə əlavə etsəz, duza ehtiyac qalmayacaq
- Süfrəyə duz qoymayın ki, əliniz altında olub duzlamayasız
- Xörəyə minimum duz qatın, duzsuz alınmasına üzülməyin
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1442   Tarix: 09 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

toy makiyajlari geymler 2026 maskalar capiq ucun maz saclarin yigilmasi şəkillər hicab geyimleri kosmetika xocali novruza aid hakışta sevda rus dilini öyrənək 2 ci dərs gülməli hakıştalar