Hər gün edirik - Amma çayı belə içmək xərçəngə aparırmış

Hər gün edirik - Amma çayı belə içmək xərçəngə aparırmışGündəlik həyatda milyonlarla insan çay və qəhvəni qaynar halda içir, lakin mütəxəssislər bu vərdişin düşündüyümüzdən daha təhlükəli olduğunu bildirir. Yeni araşdırmalar göstərib ki, içkiləri ağzı yandıracaq dərəcədə isti içmək, qida borusundakı hüceyrələrə zərər verərək xərçəng riskini kəskin artırır.
Milli.Az xəbər verir ki, Birləşmiş Krallığın Milli Xərçəng İnstitutu tərəfindən aparılan geniş tədqiqatda 500 mindən çox insanın məlumatları analiz edilib və nəticələr belə olub:
Gündə 4 fincan çox isti içki: risk 2,5 dəfə artır
6 fincan: risk 4,8 dəfə artır
8 fincan və daha çox: risk 5,6 dəfə yüksəlir
Hətta tam qaynar olmasa belə, "isti" içkilərdə belə risk 1,6 - 2,5 dəfə artır.
Təhlükəli temperatur: 65 dərəcə və yuxarı
Mütəxəssislər bildirir ki, 65°C-dən yuxarı olan içkilər "insan üçün potensial kanserogen" hesab edilir.
Çayın dəmləmə temperaturu: 80-100°C
Qəhvənin dəmləmə temperaturu: 90-96°C
Təhlükəsiz içmə temperaturu: 48-60°C
Western Sydney Universitetinin Qastroenteroloq mütəxəssisi Doç. Dr. Vincent Ho bildirir: "Çox isti içkilər qida borusunun selikli qişasını yandıraraq zədələyə bilər. Bu zədələnmə iltihaba və zamanla genetik dəyişikliklərə səbəb olaraq xərçəng riskini artırır."
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1146   Tarix: 20 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi yay kolleksiyasi geyim seçimi sineye qulluq seks pozalari arvaddan icaze kagizi valideyn haqqinda kosmetika zencefil gəncə bakire haxışda statuslar