Hər gün hil əlavə olunmuş su için - Sağlamlığa inanılmaz FAYDALAR

Hər gün hil əlavə olunmuş su için - Sağlamlığa inanılmaz FAYDALARHilin faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitmir. Bu ədviyyat sağlamlıq üçün olduqca faydalıdır və onun müntəzəm istehlakı bir çox xəstəlik və pozulmaların profilaktikasıdır.
Almaniya diyetoloq və qidalanma mütəxəssisləri araşdırma zamanı aşkar ediblər ki, hil əlavə olunmuş suyun gündəlik istehlakı piylərin yandırılmasını tezləşdirir, artıq kilolardan azad edir. Həmçinin hil ödün ifrazını artıraraq həzm proseslərini və metabolizmi sürətləndirir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqaların fikrinə görə, hil əlavə olunmuş su ən yaxşı təbii arıqladıcı vasitələrdən biridir. Suyun hazırlanması üçün 1 dolu olmayan x.q. hil həvəngdəstədə əzilir, termosa tökülür, üzərinə 1 l qaynanmış, çox qaynar olmayan su tökülür, 1 saat dəmlənilir. Sonra suyu süzün və gün ərzində için.   
Hil güclü antiseptik, mikrob, virus və göbələk əleyhinə təsirə malikdir. Bu səbəbdən hil əlavə olunmuş su qışda soyuqdəymə və qripp xəstəliklərindən qoruyur.
Hil qarında köp və meteorizmi azaldır, baş ağrısı, stress və depressiya zamanı yardım edir, klimaksın simptomlarını yüngülləşdirir, böyrəkləri təmizləyir.
Efir yağları ilə zəngin olan hil nəfəs yollarını selik və mikroblardan yaxşı təmizləyir, pis ağız qoxusunu yox edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1498   Tarix: 13 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası

Mandalin həm daxili, həm də qabıqları ilə sağlamlıq üçün çox faydalı bir meyvədir. Qabıqlarından hazırlanan xoş ətirli çay, tərkibindəki yüksək C vitamini sayəsində bədəni xəstəliklərə qarşı qoruyur, həzm sistemini tənzimləyi

.

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir

Uzun və sağlam ömür sürmək hər kəsin arzusu olsa da, gündəlik vərdişlərimiz fərqinə varmadan bu yolda ciddi maneələr yaradır. Xüsusilə pandemiya sonrası dəyişən həyat tərzi və oturaq rutinlər erkən ölüm riskini artıran əsa

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir

Cəmi bir ovuc ağ ləbləbi yemək mədə yanması və qıcqırmasını qısa müddətdə yüngülləşdirə bilir.  xəbər verir ki, ağ ləbləbi tərkibindəki komponentlər sayəsində mədədəki artıq turşunu balanslaşdırmağa kömək edir. Eyni zamanda

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

turlar.az

kosmetoloq toy makiyaji sekilleri gelinlikler kətələr 2026 burcler cantalar 2026 xalq təbabəti kosmetika qiz evi ucun heyati xərçəng bürcü bayatı buga burcu