Hər iki dozada eyni peyvəndin vurulması... - Həkim

Hər iki dozada eyni peyvəndin vurulması... - HəkimAzərbaycanda vaksin birinci tibb işçilərinə, daha sonra risk qrupuna daxil olan 75 yaşdan yuxarı insanlara vuruldu. Hazırda 40 yaşdan yuxarı insanların könüllülük prinsipi üzrə vaksinasiyası davam edir. Əvvəlki aylarla müqayisədə indi əhalinin vaksinasiyaya marağı və istək səviyyəsi daha yüksəkdir, vaksin vurdurmağa daha həvəslidirlər. Artıq 900 mindən çox insanda vaksinlənmə aparılıb. 250 mindən çox şəxsin isə ikinci dəfə vaksinlənməsi başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Yeni Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov danışıb. Həkim bildirib ki, infeksion xəstəliklərin müalicəsində və profilaktikasında ən önəmli metodlardan biri vaksinasiyadır:
"Məsələn, çiçək xəstəliyi məhz vaksin hesabına demək olar ki, bitib, artıq bu xəstəliyə bəşəriyyətdə çox az rast gəlinir. COVID-19-a qarşı "Sinovac" peyvəndi ənənəvi metodlar və köhnə texnologiyalar əsasında hazırlanmış inaktiv vaksindir. İnaktiv peyvəndlərin fəsadları çox minimaldır, öldürücü ağırlaşma demək olar ki, görünməyib. Odur ki, "Sinovac"ın fəsadlarından qorxmaq absurd məsələdir. Bu vaksindən bir çox ölkələrdə istifadə olunduğu bəllidir.
Dünyada Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi 7-8 peyvənddən istifadə olunur. Araşdırmalar da göstərib ki, "Sinovac" vaksininin xəstəlikdən qoruyuculuğu yüksəkdir. Amma peyvəndlərin xəstəlikdən tamamilə qoruduğunu gözləməməliyik. Əsas məqsədimiz odur ki, vaksin ağırlaşmaların qarşısını alsın, xəstəxanaya, reanimasiyaya və süni tənəffüs aparatına ehtiyac olmasın, ağciyərlərə yayılmasın, beləliklə ölümlərin qarşısını alaq. Vaksinasiya başa çatdıqdan sonra COVID-19 artıq bizim üçün əvvəlki qədər qorxunc olmayacaq. Odur ki, vaksin vurdurmaq vacibdir.
Qoruyuculuğunun nə qədər davam edəcəyini bilmirik deyə, vaksinin təkrar vurulma ehtimalı da gündəmdədir. Tənəffüs yolu ilə keçən digər infeksiyalara qarşı hazırlanmış peyvəndlərin qoruyuculuğuna əsasən təxmin edirik ki, bu, 6 ay və 1 ildir".
Həkim qeyd edib ki, hər iki dozada eyni peyvəndin vurulması məsləhətdir:
"Birinci dozada "CoronaVac" peyvəndi istifadə olunubsa, 28 gündən sonra ikinci dozada eyni partiyadan olan peyvəndin olması məsləhətdir. Bir neçə gün sonra ölkəyə "Oxford" peyvəndlərinin gətirilməsi gözlənilir. Bu, İngiltərə və digər ölkələrdə istifadə olunan vaksindir. Eləcə də Rusiya istehsalı olan "Sputik V", həmçinin "Moderna" və "Biontech/Pfizer" vaksininin gətirilməsi nəzərdə tutulub.
Türk, yəhudi və rus mütəxəssislərlə apardığımız müzakirələrə görə, antikor hər kəsdə yaranmaya bilər. Ümumdünya Səhiyyə Təşkilatı antikorların yoxlanılmasını məsləhət görmür. Antikorların olması qoruyuculuğun olmasını göstərir, lakin elmdə sübut olunub ki, önəmli olan hüceyrə immunitetinin yaranmasıdır. Bu isə laboratoriyada görünmür".
E.Qasımov əlavə edib ki, koronavirusa yoluxan tibb işçilərinin 3 ay, xəstələrin isə 6 ay sonra vaksin vurdurması tövsiyə olunur.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 3047   Tarix: 06 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

makiyaj instagram maskalar hamiləlik gündəlik bürclər bilik haqqinda atalar sozleri gavalinin xeyri aşıq kosmetika babasil novruz bayramı haxışta aysel naz mila itburnu