Hər kəsin tanıdığı məşhur azərbaycanlı jurnalist VƏFAT ETDİ - FOTO
Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.
Xanim.az APA-ya istinadən xəbər verir ki, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün Moskvada dünyasını dəyişib.
Mərhum yanvarın 21-də Moskvanın Perepeçinsk qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə "Molodyoj Azerbaydjana" qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə "Komsomolskaya pravda" qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.
Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə "Azərros" qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqressinin mətbuat orqanı olan "Azərbaycan Konqressi" qəzetində redaktor kimi çalışıb.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin