Hər xəstəliyə uyğun bitki çayı qəbul edin...
Yaşıl çayın tərkibi antioksidantlarla zəngindir və onun qəbulu qara çaydan daha faydalıdır. Lakin onu gün ərzində bir stəkandan artıq içmək və ilboyu hər gün qəbul etmək düzgün deyil, çünki kalsium və mineralları bədəndən yuyub aparmaq qabiliyyətinə malikdir. Yaşıl çayın tərkibində polifenollar var. Xüsusən qadınlar 48 yaşına çatanda onlarda osteoparoz başlayır. Ona görə onların həmin çaydan az istifadə etməsi məsləhətdir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu deyib.
Həkim qeyd edib ki, yaşıl çaydan da faydalı bitkilər var. Məsələn, cökə, rozmarin. Rozmarin həm də arıqlamaq üçün ideal vasitədir. Bəzən el arasında ona ətotu da deyirlər. Türkiyədə bibəriyyə adı ilə daha çox tanınır, onun yağından kosmetik vasitə kimi də istifadə edirlər.
"Hər gün çobanyastığı çayı içmək də zərərlidir, çünki onun tərkibində olan xamazolen bağırsaqlara büzüşdürücü təsir edərək qəbizlik yaradır. Qəbizliyə qarşı isə ən yaxşı vasitə kəcəvər və ya kətan toxumu içməkdir. Bütün oynaq xəstəliklərinə duzlaşma deyirlər. Halbuki duzlaşma adlı termin yoxdur, bu, osteofitlərin olmasıdır. Bu zaman itburnu, qızılçətir və mərcangilə bitkiləri qığırdağın funksiyasına yaxşı təsir edir. Bitkiləri hər xəstəliyə uyğun olaraq qəbul etmək lazımdır", - deyə həkim-fitoterapevt əlavə edib.
Milli.Az /news.milli.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları