Həya və Ləyaqət haqqında ibrət dolu aforizmlər

Həya və Ləyaqət haqqında ibrət dolu aforizmlərHəya və Ləyaqət haqqında ibrət dolu aforizmlər

Ləyaqət

O insanki dözər dərdə,baş əyməz mərdə,namərdə,
Onu diz çökdürə bilməz tutan dörd əllə dünyanı.. (Əfzələddin Xaqani)

Qanını çörəyinə yavanlıq elə,
Başını dik saxla,baş getsə belə.. (Nizami Gəncəvi)
Hünər və ləyaqəti olmadan yüksək dərcələrə çatmaq heç də şərafət deyil,
bəlkə rəzalət və həqarətdir.. ( Mirzə Fətəli Axundzadə)
Biz öz ləyaqətimizdən nə qədər çox danışsaq, ona bir o qədər az inanacaqlar.. (Edm-Pyer Boşen)
Ləyaqətli insan o adam deyil ki qüsurları yoxdur, ləyaqətli insan o adamdır ki, ləyaqəti var.. (Vasili Osipoviç Klayuçevski)
İnsanlar özləri ilə elə məşğuldurlar ki, ətrafdakılara diqqətlə nəzər yetirb,onları ədalətlə qiymətləndirməyə macal tapmırlar.Elə buna görə də ədalətli və təmkinli adamlar çox vaxt kölgədə qalır..(Jan Labrüer)
Həqiqi insan ləyaqətinin bir üstünlüyü də ondadır ki, hətta paxıl adamlar da onu tərifləməyə məcburdur.. (Fransuo de Laroşfuko)
Həqiqi ləyaqət çay kimidir-dərin olduqca daha lal axır.. (Mişel de Monten)
Bizim bütün ləyaqətimiz düşüncəmizdədir.. (Blez Paskal)
Başqalarında görüb-qiymətləndirdiyimiz məziyyətlər bizə də məxsusdur, çünki insan yalnız özünün sahib olduğu keyfiyyətləri sezə bilər.. (Henri Devid Toro)
Dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adı insana onun öz ləyaqəti qazandırır.. (Lyuk de Klapye Vovenarq)
Yaramaz adamın ürəyi xoşbəxtlik anlarında bərk, bədbəxtlik anlarında yumşaqdır; ləyaqətli insanın ürəyi xoşbəxtlik anlarında yumşaq, fəlakət anlarında bərkdir.. (Çin atalar sözü)

Həya

Həya və iman bir beşikdə iki körpə kimidir.. (Həzrəti Muhəmməd s.a.v)
Həya gözəldir,lakin qadınlarda olsa,daha gözəl olar.. (Həzrəti Muhəmməd s.a.v)
Həya bütün yaxşılaqların açarıdır.. (Həzrəti Əli (ə)
Həyanın zirvəsi insanın özü-özündən həya etməsidir.. (Həzrəti Əli (ə)
İnsan nə qədər daha çox şeydən həya edərsə, o qədər şərəf və qürur sahibi olar.. (Bernard Şou)
Həya insanın ruhunun əsasıdır.İnsanı insan olaraq mühafizə edən də budur.. (Nasir Xosrov)
Günahlar artıqca həya azalır.. (İohann Kristof Fridrix Şiller)
İnsan özü-özündən həya edə bilsəydi, təkcə gizli qalmış yox, hətta hər kəsin içində açıq şəkildə törədilmiş nə qədər cinaəyət törədilməmiş olardı.. (Jan Labrüer)
Həyalı insan zalım olmaz.. (Tomas Yunq)
Həya-insani dəyərlərin tamamlayıcısıdır.. (Sinoplu Diogen)

Maraqlı     Baxılıb: 14157   Tarix: 13 fevral 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

turlar.az

qadın geyimi qis geyimləri 2026 kosmetik vasiteler göyəm turşusu 2026 yaz geyimleri dunyanin gozellikleri qadın və cəmiyyət kosmetika pomidor novruz hakışdaları hakışta məsəllər birlik haqqinda