Həyat yoldaşı tərəfindən qətlə yetirilən gəlinin valideyninin bu sözləri ÜRƏK DAĞLADI - VİDEO - FOTO
Qəbələdə baş verən hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
32 yaşının tamamında qətlə yetirilən şəxs həm də bir uşaq anası idi. Qəbələdə Böyük Pirəli kənd sakini 35 yaşlı Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 32 yaşlı Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb.
Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, boynundan və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Afət Ağababayevanın bir azyaşlı uşağı var. Yaxınlarının sözlərinə görə, həmin gün mərhumun ad günü olub.
Həqiqət Baxşəliyeva - mərhumun anası: "Yeyib-içib, çərşənbəni keçirəndən sonra, 2 dəfə telefonla danışıb dedi ki, "ana salamatçılıqdır? Dedim salamatçılıqdır". Ölən günü, ayın 30-u ad günü idi. Guya mən rayondan, yoldaşım da işdən qayıdacaqdı, ad gününə gedəcəkdik".
İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. Mərhumun atası, qızı ilə kürəkəni arasında daha öncələr də münaqişə olduğunu bildirir.
Həsənağa Baxşəliyev - mərhumun atası: "2 dəfə uşağımı döyüb gətiriblər. Sonra gəlib yalvarıblar ki, qələt etmişik. Belə olan şey deyil axı. İstəmirdin boşanardın. Qanun var, boşa çıxsın getsin. Mən baxardım balama".
Hadisəni törədən şəxs tutulub.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir