"Həyatımın ən kədərli xəbərini aldım, həkim ağır xərçəng diaqnozu qoydu" -Naibə Allahverdiyeva

"Həyatımın ən kədərli xəbərini aldım, həkim ağır xərçəng diaqnozu qoydu" -Naibə AllahverdiyevaBir neçə gün bundan əvvəl ağır vəziyyətdə Xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti normallaşıb. Amma nədənsə aktrisa müalicəsi başa çatmadan xəstəxanadan ayrılmaq məcburiyyətində qalıb. Sənətci AzNews.az-a müsahibəsində baş verənlərə aydınlıq gətirib.

-Toydan sonra əhvalınız çox yaxşı idi, həyatınız da düzənə düşmüşdü, sosial şəbəkədə bütün günü sevgidən yazırdınız. Qəfildən sizə nə oldu?

-Təzyiqim qalxmışdı, vəziyyətim çox pis idi. Həkimlər hələlik işə çıxmağa icazə vermirlər. Bir müddətdən sonra işimin başına dönə, səhnəyə çıxa bilərəm. Bir az ağrılarım var, hələ tam sağalmamışam. Hətta yenidən bir də müayinə olunmalıyam.

-Həyat yoldaşınızın sizə münasibəti necədir? Xəstəxanada olanda yanınıza gəlirdi?

-Bütün günü yanımda idi. Başımın üstündən əl çəkmirdi. Bu da mənə olan sevgidəndir.

-Ümumiyyətlə, bütövlükdə qadınlara nə arzulayardınız?

-Qadın nə istər? Xoşbəxtlik, bundan böyük varlıq nə ola bilər ki? Qadın sevilməli və sevməlidir. Bütün qadınların arzusu bu. Onlar daima sevilmək, sevmək istəyirlər. Əgər qadın kiməsə lazım olduğunu hiss etməsə, qırılır, sınır, min cür xəstəlik tapır. Düzdür, bu cəmiyyətdə insana yaşamaq üçün pul və imkan lazımdır. İnsanın pulu, imkanı da ola bilər. Sevgi yoxdursa, pul və imkan boş şeydir. Heç bir pul, imkan sevginin yerini verə bilməz. Diqqət, nəvaziş olan yerdə insan gec xəstələnir. Bunu yaşamayan qadınlar tez ölür.

-Sizin sevənləriniz, heyranlarınız daha çoxdur...

-Bəli, bilirəm, amma bunların heç biri ən diqqətsiz bir kişinin verdiyi sevgini verə bilmir. Hamıya təşəkkür edirəm, mənə tanımadığım insanlar zəng edib hal-əhval tuturlar.

-Sosial şəbəkədə bəzən sizi təhqir edirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək fikiriniz var?

-Hə belə hallar var. Bilmirəm, o məndən nə istəyir? Hər halda bunlar şəxsi münasibətlərdəndir. Araşdırmaq lazımdır. Mən insanları tez bağışlayıram, amma onlar da öz səhvlərini başa düşməlidir. Hər bir insan etdiyi əməlinin qarşısında cavab verir. Heç bir yerə şikayət etmək fikirində deyiləm, çünki başım özümə və anama qarışıb. Allah heç kimi naümüd qoymasın. Anam bərk xəstədir. Elə bu səbəbdən xəstəxanadan çıxası oldum. Xəstə halda ora get, bura gəl olmurdu. Qalmışam iki odun arasında. Öz tüstümə özüm boğuluram. Bu 8 mart mənə qara gəldi, həyatımın ən kədərli xəbərini aldım. Axıra kimi müalicə olunmayan ana öz anasının dərdinə ağlayır.

-Ananıza nə olub?

-Çox ağırdır, həkimlər onda xərçəng aşkarlayıb, çox çarəsizəm. Bir müddət xəstəxanada yatdı, amma həkimlər onu evə getməsini məsləhət gördülər. Həkimlər onun yaşama şansının olmadığını deyirlər. Allah günahlarını bağışlasın. Anam isə hələ bu xəstəliyə tutulmasına inanmır. Hazırda yaşamaq üçün mübarizə aparır. Deyir ki, "mən yaşayacam."

-Xarici ölkələrdən birinə aparmaq fikiriniz varmı?

-Gecdir. Birincisi buna maddi imkanımız yoxdur. İkincisi də anam yaşlıdır, həkimlər əməliyyatın uğursuz olacağını deyirlər. Hətta kimyaterapiya da ona kömək edə bilməz. Artıq gecdir, xəstəlik daha öz işini görüb. Anam özünə baxan, sevən, dəyər verən bir xanım idi. Birdən-birə onun mədəsində problem yarandı və biz bundan şoka düşdük. Mən özüm də ona heyran olmuşam. Yaşlı olasan, biləsən ki, xərçəngsən amma deyəsən ki, "mən sağalacam." Deyir ki, "məndə heç nə yoxdur, 100 yaşına kimi yaşayacam." Kaş ki, dediyi düz olaydı.

Xəbərlər     Baxılıb: 17859   Tarix: 07 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

turlar.az

qis geyimləri 2026 toy makiyajlari həkim məsləhəti badimcan kartof xına bəzəkləri neyrosirkulyator distoniya xanımlar kosmetika faydalı məsləhətlər hüzeyir hacibəyov video bir arzum var nağıllar