Həzm sistemi dincəlir, immunitet güclənir-Dietoloqdan oruc tutanlar üçün TÖVSİYƏLƏR

Həzm sistemi dincəlir, immunitet güclənir-Dietoloqdan oruc tutanlar üçün TÖVSİYƏLƏR"Orucun məqsədi sağlamlıqdır, çox yeyib mədədə fəsad yaratmaq və ya az yeyib virusa, xəstəliyə qarşı müqavimətsiz qalmaq deyildir".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan qidalanma və dietologiya mütəxəssisi, dosent İsmail Özkaya deyib. Mütəxəssis oruc zamanı həzm sisiteminin dincəldiyini və immunitetin möhkəmləndiyini bildirib. Onun sözlərinə görə, oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil yoxdur. Əksinə, orucun immuniteti möhkəmləndirməsi haqda elmi araşdırmalar olduğunu deyən alim oruc tutan şəxsin sümük iliyinin buna uyğunlaşdığını, qan yaranmasının artdığını vurğulayıb. Onun sözlərinə görə, oruz zamanı orqanizm zərərli maddələrdən təmizlənir. Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır. Oruc sayəsində həzm sistemi dincəlir, immun sistemi isə güclənir.
Mütəxəssis deyib ki, iftar və sahurda gündəlik ehtiyac duyulan qədər protein, yağ, karbohidrat, vitamin və minerallar qəbul olunmalıdır. O, sahurda protein və liflə zəngin qidalar qəbul etməyi məsləhət görüb. İftar və sahurda qidalar yavaş-yavaş, az miqdarda yeyilməli, çox çeynənməli, daha çox tərəvəz, göyərti, meyvə qəbul olunmalıdır: "Ramazan ayı boyunca sağlam və düzgün qidalanmaq vacibdir. İftar və sahur arasında ən azı iki litrə qədər maye içilməlidir. Sahurda mədədən gec həzm olunacaq, uzun zaman tox tutan, protein, liflə zəngin süd, qatıq, kefir, pendir, yumurta, xurma, çörəkotu, qoz, badam, fındıq, quru paxlalılar, taxıl məhsulları, qara çörək, düyü yeyilməlidir".
O, metobolizm prosesini zəiflədən, artıq çəki yığmağa səbəb olan çox yağlı, xəmirli yeməklər, şirniyyatlardan, qızartma və duzlu yeməklərdən uzaq olmağı tövsiyə edərək deyib ki, orucluq boyunca lifli və qəbizliyi aradan qaldıran məhsullar daha çox qəbul olunmalıdır.
Onun sözlərinə görə, xurma, qırmızı çuğundur, qatıq iftar və sahurda bol-bol yeyilməlidir. Xurma enerji və karbohidtatla zəngin lifli qidadır. Qatıq proteinlə zəngin olmaqla yanaşı orqanizm üçün çox zəngin olan probiotik qaynağıdır. Evdə hazırlanması daha məqsədəuyğundur. Vitamin və minerallarla zəngin, bol enerji deposu olan qırmızı çuğundur isə immuniteti gücləndirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1254   Tarix: 17 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 aksessuarlar pnevmoniya xesteliyi şalvar modelləri çanta ayaqqabı gül buketləri kosmetika qurd xəstəliklərinə qarşı mualicə pomidor naz mila novruz bayramina aid hakisdalar uzeyir hacibeyli