Hıçqırıq xərçəng yaradır? - ARAŞDIRMA

Hıçqırıq xərçəng yaradır? - ARAŞDIRMAHıçqırıq xüsusilə mədə turşuluğunun artıq olub qida borusuna keçməsi, beyindaxili təzyiqin artması, sidiyin çoxalması və steroid kimi hallarda dərmandan istifadə edən insanlarda daha tez-tez müşahidə olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Nevrologiya üzrə mütəxəssislər  hıçqırığın faydalı fizioloji xüsuyyətinin indiyədək tapılmadığını qeyd edir. Hıçqırıq hər hansı xəstəliyin də səciyyəvi xüsusiyyəti sayılmır. Ancaq bəzi xəstəliklər zamanı daha tez-tez müşahidə olunur. Əsasən tənəffüs əzələsi və sinə əzələlərinin ani sıxılması və boğazdakı bir qapaqcığın sürətlə qapanması və ya sıxılması nəticəsində meydana çıxa bilər. Bu hal qarın orqanlarında da yaranır. Lakin hıçqırıq bu kimi xəstəliklər və heç bir səbəb olmadan da yarana bilər. 
Həkimlər bildirir ki, hıçqırığın sonlandırılması üçün karbondioksidin artırılmasının lazım olduğunu qeyd edirlər. sözlərinə görə, kağız paketə nəfəs verərək karbondioksidi almaq və bu yolla da hıçqırığı azaltmaq olar. Sərbəst şəkildə edilə biləcək əsas üsullardan biri budur. Çox davam edən və keçməyən hıçqırıq varsa, o zaman mütləq həkimə müraciət olunmalıdır.
Davamlı və keçməyən hıçqırıq zamanı bir neçə dərman preparatı təyin olunur, əvvəllər təcrübədən keçirilmiş üsullardan istifadə olunur. Məsələn, nəfəsi saxlamaq, soyuq su içmək, qorxmaq, xarici qulaq yolunu tıxamaq və limon içmək əslində yanlış üsullardır və daha fərqli xəstəliklərə səbəb ola bilər.
Davamlı hıçqırıq tutursa, diqqətli olun!
Elm adamları heç cür keçməyən hıçqırığın çəki itkisi və udqunmaqda çətinlik kimi əlamətlərlə birlikdə qida borusu xərçənginin göstəricisi ola biləcəyini bildirib.
Mütəxəssis prof. dr. Tom Walsh, bir iclas zamanı verdiyi açıqlamada bəzi qida borusu xərçəngi xəstələrinin keçməyən hıçqırıqdan şikayətçi olduqlarını vurğulayıb. 99 xərçəng xəstəsi üzərində aparılan araşdırma zamanı xəstələrin 27 faizinin "inadkar hıçqırıqdan" əziyyət çəkdikləri, 6 faizinin isə hıçqırıq səbəbilə həkimə müraciət etdikləri bildirilib. Hıçqırmanın bu günə qədər xərçəng əlaməti olaraq qəbul edilmədiyini qeyd edən Dr. Walsh xərçəng xəstələrində keçməyən hıçqırığa diafraqmadakı bir sinirin səbəb olduğunun düşünüldüyünü söyləyib.
Dünyada 6-cı ən geniş yayılmış xərçəng növü olan qida borusu xərçəngi hər il təxminən 400 min insanda aşkar olunur. Siqaret çəkmək və alkoqollu içkilərdən istifadə ən önəmli risk faktorları arasında yer alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1358   Tarix: 16 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun