İçdiyimiz sudakı bu maddə xərçəng yaradır - Şok araşdırma
Böyük Britaniyanın Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, dünyada milyonlarla insan tərkibində yüksək miqdarda arsen maddəsi olan su içir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqat "Science of The Total Environment" elmi jurnalında dərc olunub.
Təhlillərə görə, dünyanın bir çox ölkəsi hələ də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) suda 50 mkq/l icazə verilən maksimum arsen konsentrasiyası üçün köhnəlmiş təlimatlarından istifadə edir. Bu ölkələrə Çin, Banqladeş, Pakistan, Kamboca, Tailand, Myanma, Nepal daxildir.
Yemək bişirmək və ya əkinləri suvarmaq üçün istifadə edilən suyun tərkibindəki arsen maddəsinin uzun müddət ərzində orqanizmə qəbul edilməsi bədənin hər bir orqanına təsir edən bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Arsen xərçəng, diabet, ağciyər və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Tədqiqatçılar hökumətlərə suda arsenin miqdarı ilə bağlı daha sərt standartlar tətbiq etməyi və onların sakinlərinə düyünü buxarda bişirmək əvəzinə, çoxlu miqdarda suda bişirməyi tövsiyə edirlər, çünki buxarda bişirmək taxıllarda toksinlərin yığılmasına səbəb olur.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
Hər evdə var, amma bu təsirini çoxları bilmir