İdmandan sonra ağrıları necə azalda bilərik?

İdmandan sonra ağrıları necə azalda bilərik?İdman və fiziki fəaliyyət sağlamlıq üçün vacib olsa da, intensiv məşqlərdən sonra əzələlərdə ağrılar meydana gələ bilər. Lakin bu ağrıları azaltmaq üçün bir neçə sadə üsul mövcuddur.
Milli.Az xəbər verir ki, idmandan sonra bədənin bərpa olunmasına imkan vermək ən vacib addımdır.
Ağrıların qarşısını almaq üçün məşqdən sonra kifayət qədər istirahət etmək lazımdır. Bədənə sağalma imkanı vermək əzələlərin yenidən güclənməsinə kömək edir. Soyuq kompresslər əzələ və oynaqlarda şişkinliyi və iltihabı azaltmağa kömək edir. Məşqdən dərhal sonra soyuq bir kompress tətbiq etmək ağrıları yüngülləşdirə bilər. Əksinə, isti kompresslər qan dövranını artıraraq əzələlərin rahatlamasına və gərginliyin azalmasına kömək edir. İdmandan sonra əzələlərə masaj etmək qan dövranını yaxşılaşdırır və gərginliyi azaldır. Masaj əzələlərin elastikliyini artırır və ağrıların azalmasına kömək edir. Eyni zamanda masaj endorfin istehsalını stimullaşdıraraq ağrıları yüngülləşdirə bilər. Məşqdən sonra yüngül streçinq hərəkətləri etmək əzələlərin sıxılmasını azaldır və ağrıları azaltmağa kömək edir. Hərəkətlər bədənin elastikliyini artırır və gərginliyi azaldır. Ancaq bu hərəkətləri çox güclü və ya sürətli etməkdən çəkinmək lazımdır, çünki əksinə zədələnməyə səbəb ola bilər. İdmandan sonra bədənin su balansını bərpa etmək çox önəmlidir. Dehidratasiya əzələ ağrılarını daha da artırabilir. Su içmək və elektrolit tərkibli içkilər qəbul etmək bədənin bərpasını sürətləndirir və ağrıların qarşısını alır. İdman sonrası əzələlərin bərpası üçün düzgün qidalanma çox vacibdir. Yüksək keyfiyyətli zülallar, karbohidratlar və omeqa-3 yağ turşuları əzələ toxumasının sağalmasına kömək edir.
Eyni zamanda, ağrıları azaltmaq üçün bəzi əlavələr, məsələn, zəncəfil və kurkuma, anti-inflamatuar təsir göstərərək ağrıların azalmasına kömək edə bilər. Bəzi idmançılar məşqdən sonra isti və soyuq vannaları növbə ilə qəbul etməyi tövsiyə edirlər. İsti vanna əzələlərin rahatlamasına kömək edir, soyuq vanna isə qan dövranını artırır və iltihabları azaldır. İdman sonrası ağrıları azaltmaq üçün bədənin dinlənilməsi və bərpa olunması çox vacibdir. Müvafiq yanaşmalarla bu ağrıları minimuma endirmək mümkündür və daha sağlam bir bədənə sahib olmaq üçün həm fiziki, həm də emosional olaraq rahatlamağa diqqət yetirmək lazımdır.
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1440   Tarix: 06 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

gözəllik məhsulları toy gecesi aksessuarlar sineye qulluq cox yasa şef master yuxuda balqabaq kosmetika rus dilini öyrənək eqreb bürcler həmidə turpun nağlı