İdmandan sonra yemək yeyin

İdmandan sonra yemək yeyinİdmandan sonra yemək yemək lazımdır. Çünki yediyiniz qida maddələr mübadiləsinin sürətinə və məşğul olduğunuz idman növünə (qaçma və ya ağırlıq qaldırma) uyğun olaraq dəyişir. İdmandan sonra karbohidratın qəbulu şəkərin ani yüksəlməsi və insulin ifrazına səbəb olur. İnsanların çoxu idmana başlayandan 15-20 dəqiqə sonra yorğunluq, baş gicəllənməsi və tükənmişlik hiss edir. Belələri idmandan əvvəl karbohidrat qəbul etməlidirlər. Bu, idman zamanı dayanıqlığı artırır.

Lakin yenə də ac qarnına edilən idman daha faydalı hesab edilir. Ac olan zaman sempatik sistem yağın yandırılmasını təmin edir və yığılmış şəkər toplusunu parçalayır. Ac olan zaman edilən idman həm yağ, həm də kilo verməyi təmin edir. Tox qarınla edilən idman sadəcə kilo itirməyə kömək olur. Bu isə əzələlərin itirilməsinə gətirib çıxarır. Əgər sizin məqsədiniz yağ yandırmaqdırsa, ac qarınla idman edin.

Aclıq və məşq mürəkkəb prosesdir
* Gənclik hormonu deyilən böyümə hormonları ifraz olunur
* Bədəndə yağ azalır, əzələlər artır
* Beyin və əzələ hüceyrələrinə yeniləyici faktorlar əlavə edilir
* Hüceyrələrin antioksid istehsalı artır
* Beyin funksiyaları güclənir, depressiyaya düşmə halları zəifləyir
* Güc və dayanıqlığı artıran testosteron istehsalı tezləşir
* İnsulin müqaviməti qırılır

Ac olan zaman məşq etmək heç cür mümkün deyilsə, meyvə yeyə bilərsiniz. Məşqdən sonra iki saat heç nə yeməsəniz yağ yanması davam edir. Lakin bu müddətdə nəsə yemək məcburiyyətində qalsanız protein tərkibli qidalar yeyə bilərsiniz.

Ağırlıq qaldırmaqla məşğulsunuzsa, o zaman vəziyyət fərqlidir.
Məşqdən yarım saat sonra asan həll edilən protein qəbulu lazımdır. Bunun üçün ağ pendir, ayran, kefir çox uyğun seçimdir. Hətta məşqdən əvvəl və sonra 20-40 qr.-a qədər bu cür protein qəbulu yağ yandırılması və əzələ yenilənməsini sürətləndirir. Lakin, bununla yanaşı, hər bir fərdin öz orqanizm xüsusiyyətləri olmasını da nəzərə almaq lazımdır.

Hansı aralarda nə qədər su və maye içmək lazımdır?

Bu hər bir fərdin etdiyi idman müddəti, gücü və metobolizminə bağlı olaraq tərləmə miqdarına görə dəyişə bilər. Əgər 1 və ya 1 saat yarım məşq etməyi planlaşdırırsınızsa, bu proqram sizə uyğundur:

Məşqdən 1 saat yarım-2 saat əvvəl 600 ml (3 stəkan), 15 dəqiqə əvvəl 300 ml (1-2 stəkan), idmanın sonunda tərəziyə çıxsanız və yarım kilo itirdiyinizi görsəniz, yarım saata 600 ml (3 stəkan) maye və mineral su qəbul edə bilərsiniz.

İdman etmək üçün uyğun saat hansıdır?

Metabolizmanın aktiv olduğu səhər saatlarında özünü sakit hiss edən və arıqlamaq istəyənlər üçün uyğun vaxtdır. Bəzi insanlar günortadan sonra daha çox kilo itirəcəklərini düşünərək idman üçün axşam saatlarını seçirlər.

Məşq ürək-damar və digər xəstəliklər riskini azaldır.

Sağlam bir formada arıqlamaq qan təzyiqini normal vəziyyətə salır. Pis xolesterol adlandırılan lipid səviyyəsi azalır. Bədəndə insulin həssaslığı artır və şəkər xəstəliyi, eləcə də buna bağlı damar tutulması riski azalır. Əzələ gücü artır. Bədənin oksigen istifadə qabiliyyəti artdığı üçün günlük fəaliyyətlərdə yorğunluq da azalır.

İmmunitet sistemi güclənir, xərçəng infeksiyaları, revmatizm xəstəliklərinə qarşı müqavimət artır. Böyümə (gənclik), xoşbəxtlik hormonu, ağrıkəsici, iltihabı aradan qaldıran kimyəvi maddələrin qəbulu, beyin və sinir sisteminin fəaliyyəti, cinsi gücü artırır, depressiya, iflic, ürək bulanması, unutqanlıq riskini azaldır. Bədəndə yeni damarlar inkişaf edir, qan dövranı gəncləşir.
qadınlar.biz

Xəbərlər     Baxılıb: 4798   Tarix: 12 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

turlar.az

maskalar yaz geyimleri 2026 yay geyimləri 2026 royanin oglu sizanaqlara qarsi uz maskalari tortlar mexmerek kosmetika orqazm sağlamlıq lakonizm novruza aid pomidor