İki aylıq uşağın qidalanması

İki aylıq uşağın qidalanmasıUşağın iki aylığı olduğu zamanda onun qidalanması üçün lazım olan əsəs qida vasitəsi ana südü sayılır. Ana südü uşağın qidaya, suya - aclığa olan bütün ehtiyacını ödəyir. Əminliklə demək olar ki, uşağınızı istədiyi zaman döşlə qidalandırmanız, uşağın az da olsa böyüməsinə səbəb ola bilir. Belə ki, ikinci ayda uşağın döşə olan ehtiyacı gündə 10 dəfədən 6 dəfəyə enir. Əgər uşağınızın iki aylığı olduğu zaman onun ana südünə olan ehtiyacının miqdarını öyrənmək istəsəniz. uşaq həkimləri sizin sualınızı cavablandlrmaqda çətinlik çəkəcəklər. Çünki uşaqların südə olan ehtiyaclarını ödəmək üçün konkret bir rəqəm yoxdur. Uşaq ana döşünü özünün ehtiyacı olan qədər tutur, artıq südü qəbul etmir.
Bu dövrdə uşağın nə qədər ana südünə ehtiyacı olduğunu təyin etmək üçün südü sağıb, ölçüb uşağa yerdirməklə öyrənmək olar. Bunu isə eləmək heç kimə lazım deyil. Döşündə süd olan və övladının sağlam böyüməsini istəyən hər bir ana ölç-biçi hesablamadan uşağını yedirir.
Uşağın iki aylığı olduğu zaman ananın südü olmadıqda uşaq həkiminin məsləhət ilə uşağı süni qidalarla qidalandırmaq lazımdır. Bu zaman isə mütləq uşaq həkiminin məsləhətlərinə qulaq asmaq və keyfiyyətli uşaq qidalarından istifadə etmək lazımdır. Uşağı yedizdirən zaman istifadə edilən qabların isə diqqətlə yuyulması və yuyulan zaman kimyəvi yuyuculardan istifadəsinə yol verilməməlidir.
Uşağın iki ayı olduqda ona su və ya uşaq çayları vermək mümkündür.
Ananın südü azaldığı zaman mütəxəssislər analara qısa bir zamanda süni qidaya keçməyi məsləhət bilmir. Ana südü uşağın sağlam həyatı üçün lazım olan ən qiymətli qida sayıldığı üçün süd olmadığı zaman mütəxəssislər həkimlə məsləhət etməyi və südartırıcı təbii dərmanlardan istifadə etməyi məsləhət bilir.
Uşaq süddən doymadıqda narahat olur, ağlayır, kapriz edir. Amma əgər uşaq süddən doymuşsa, o zaman səsi çıxmır, ağlamır, rahatlıq nümayiş etdirir. Sağlam uşaq yanlız süddən doymadığı anlarda ağlayır.
Mütəxəssislər analara uşaqlarını yedizdirdikləri zamanı onların başlarını sığallamalarını, uşaqlara asta səslə laylay oxumağı, onunla astadan söhbət etməyi məsləhət bilir. Uşağı döşlə yedirərkən isə döş giləsinin ağıza necə yerləşməsinə hər dəfə nəzarət etmək lazımdır.
Mütəxəssislər uşağın altının da quru olub və ya olmamasını da nəzarət altında saxlamaq lazım olduğunu qeyd edirlər.
Bəzən analar ikiaylıq uşaqlarının ağzına özlərinin yedikləri qidalardan sürtməyə çalışırlar, bəzən də ikiaylıq uşağı başqa qidalarla qidalandırmağa çalışırlar. Bu düzgün hərəkət hesab edilmir. Çünki, ikiaylıq uşağın mədəsi ana südündən başqa digər heç bir qidanı həzm edə biləcək gücə sahib olmur. Buna görə də ananın öz südünü artırması üçün çalşması azımdır. Belə ki, ana südü artıran təbii qidalardan istifadə edib, bol maye qəbul etməlidir. Uşaq əmizdirən ana boyat qida qəbul etməməli, qidanı təzə bişmiş halda yeməlidir. Uşaq əmizdirən ana nə qədər çox maye qəbul edərsə, onun südü bir o qədər çox olar.
Südəmər uşaq normal qidalandığı zaman iki ayı bitdiyi zaman çəkisi 800 qram , boyu isə 2,5 sm artmış olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1554   Tarix: 08 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma vannalar yaz yay 2026 mantılar quru yeməklər kosmetika paxlava vətən haqqında atalar sözləri intim qızlıq pərdəsi həmidə