İki bacının çılpaq və donmuş cəsədi... – Polis 62 ildir qatili tapa bilmir

İki bacının çılpaq və donmuş cəsədi... – Polis 62 ildir qatili tapa bilmirBarbara və Patrisiya Qrimz bacılarının ölümündən 62 il keçsə də, onların cinayət işi bu günə qədər açılmayıb.

Xanim.az Teleqraf.com -a istinadən vaxtilə dünyanı qəhərə boğan bu faciəvi cinayət hadisəsinin qısa xülasəsini təqdim edir:

15 yaşlı Barbara və 12 yaşlı Patrisiya bacıları 1956-cı il dekabrın 17-də evdən çıxıblar və bir daha geri dönməyiblər.

Onlar "Love me Tender" filminə baxmağa gediblər. Bacılar evə saat 23:45-də qayıtmalı idilər, amma gecə yarısına qədər gəlmədikləri üçün anaları dərhal polisə məlumat verir.

Polis qızların evdən qaçma ehtimalını nəzərə alaraq, səhərisi gün qapı-qapı gəzir. 25 gün müddətində dəmiryolu vağzalı, müxtəlif yerləri axtarır. Hətta öz dövrünün ən məşhur müğənnisi olan Elvis Presli belə qızların tapılması haqda müraciət yayır.

Qəribədir ki, hadisədən bir neçə gün sonra qızların anasına övladlarının azad edilməsi üçün kilsəyə pul ödəməsi haqda məktub daxil olur.

1957-ci ilin 12 yanvarında ana Federal Təhqiqatlar Bürosunun agentləri ilə qeyd olunan kilsəyə gedir, amma kilsədə heç kim olmur. FTB hesab edir ki, dərdli anaya məktub yazan şəxs psixoloji problemi olan xəstədir.

Bacıların donmuş və çılpaq cəsədləri isə 1957-ci i yanvarın 22-də inşaatda işləyən fəhlə tərəfindən Cikaqonun cənub-qərbində yerləşən German Çurçh küçəsində tapılır. Cəsədlər yolun kənarına, səkinin arxa hissəsinə atılı vəziyyətdə tapılır.

Qızların necə öldüyü və ya öldürüldüyünə dair qəti bir dəlil tapılmır. Onların bədənində hər hansı bir zorakılıq, qəddarlıq, bıçaq yarası, boğulma kimi izlər aşkar edilmir. Ancaq bacıların çılpaq şəkildə tapılamsı onların donaraq soyuqdan ölməsi versiyasını qəti təkzib edirdi.

Qızların anası bu hadisədən sonra FTB əməkdaşlarına və polislərə yalvararaq, onlardan bu cinayət işinin təqibini buraxmamağa, övladlarını öldürən qatili tapmasını xahiş edir. Polis anaya bu işi sona qədər araşdıracağı haqda söz versə də, bu günə qədər iki azyaşlı qızın qətlinin açılmasına nail ola bilməyib.

Qızların anası bir müddət əvvəl 83 yaşında vəfat edib.

Xəbərlər     Baxılıb: 1162   Tarix: 11 dekabr 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

kosmetika mehsullari geyim şəkilləri toy gecesi qadın parfumeriya dirnaq uzatmaq yollari süni qidalar necə tez arıqlayım kosmetika usaq geyimleri səməd vurğun sac modelleri brusell bakteriyası