İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşır

İki dəfə boşanan aktyordan etiraf: 'Övladlarım yumorla yanaşırAktyor Ben Afflek iki boşanmasından sonra münasibətlərlə bağlı övladlarına məsləhət verməsinin ailədə zarafata çevrildiyini etiraf edib.
Ben Afflek bildirib ki, həyat təcrübəsinə əsaslanaraq zaman-zaman övladlarına münasibətlər barədə məsləhətlər verməyə çalışır. Lakin onun bu cəhdləri həmişə ciddi qarşılanmır.
Aktyor xüsusilə 17 yaşlı oğlunun bir dəfə ona verdiyi cavabı xatırlayıb.
"Münasibətlər haqqında nəsə danışmağa başladım. Oğlum mənə tərəf dönüb dedi: "Sən də münasibətlər üzrə ekspertsən?" İndi onlarla bu mövzuda danışmağa çalışanda hamısı gözlərini döndərir. Bir-birlərinə necə baxdıqlarını görürəm və başa düşürəm ki, bu hekayələrdə gülməli vəziyyətə düşən mənəm", – Afflek zarafatla deyib.
Aktyorun sözlərinə görə, övladları onun şəxsi həyatındakı təcrübələri nəzərə alaraq münasibətlər mövzusundakı məsləhətlərinə yumorla yanaşırlar.
Ben Afflek Cennifer Qarnerlə 2005-ci ildə ailə qurub və cütlüyün üç övladı dünyaya gəlib. Onların nikahına 2018-ci ildə rəsmi şəkildə son qoyulub.
Ben Afflek 2022-ci ildə isə illər sonra münasibətini bərpa etdiyi Cennifer Lopeslə evlənib. Lakin bu evlilik də uzun çəkməyib. Lopes 2024-cü ilin yayında boşanmaq üçün müraciət edib, cütlüyün nikahı 2025-ci ilin əvvəlində rəsmi şəkildə başa çatıb.
Beləliklə, aktyor iki uğursuz evlilikdən sonra şəxsi həyatına artıq daha çox yumorla yanaşdığını gizlətməyib.
///lent.az///

Şou Biznes     Baxılıb: 713   Tarix: 03 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

.

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

.

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

turlar.az

sade makiyaj sekilleri yemek reseptleri geyim və ayaqqabılar hamilelik sidik ifrazı sistemi sevişmə portagalin faydasi kosmetika novruz hakisdalari toy gecesi gözəllik sperma kahfe kali