İki günlük döyüşün şəhidi Zakir Cəfərov: "Hərbi xidmətə yollananda gəlib hər kəslə vidalaşdı"

İki günlük döyüşün şəhidi Zakir Cəfərov: "Hərbi xidmətə yollananda gəlib hər kəslə vidalaşdı""Zakir hərbi xidmətə yolananda gəlib burda hər kəslə vidalaşdı. Sanki taleyindən xəbərdar imiş kimi…"

BiG.AZ xəbər verir ki, söhbət cəbhədə son iki gündə davam edən döyüşlərdə şəhid olan Zakir Nazim oğlu Cəfərovdan gedir.

Zakir Cəfərovun təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecinin direktor müavini Nicat Göyüşlü cebhe.info-ya açıqlamasında şəhidlə bağlı xatirələrindən danışıb.

Onun sözlərinə görə, Zakir çox vətənpərvər tələbə olub:

"Hər zaman döyüşdən, torpaqların işğaldan azad edilməsi kimi müqəddəs vəzifədən danışılanda gözlərində sanki bir qığılcım parlayırdı. Zakir 1996-cı il mayın 3-də Bakıda anadan olub. 2011-ci ildə Bakı şəhəri R.Orucova adına 109 N-li məktəbdə orta təhsilini başa vurub və həmin ildə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin "Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri" ixtisasına qəbul olunub. 2014-2015-ci tədris ilində Kollecimizi müvəffəqiyyətlə başa vurub. Hərbi xidmətə yollananda da gəlib burda hər kəslə vidalaşdı. Sanki taleyindən xəbərdar imiş kimi. İnşaat Kolleci həm üzgündür, həm də bir nümunə ola biləcək, vətəni canından çox sevən igid yetişdirdiyinə görə qürurludur. Zakir özü də şəhidlik zirvəsinə ucaldığına görə bizim üzülməyimizi deyil, onunla fəxr edib qürrələnməyimizi istəyərdi. Lakin bu, çox ağır itkidir. İndi hər birimiz pərişanıq. İnşallah həm Zakirin həm də ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəmanlarımızın, şəhidlərimizin qanı yerdə qalmaz, torpaqlarımız tezliklə işğladan azad olunar. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Zakir Cəfərov fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Şəhid olmuş digər hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

Xəbərlər     Baxılıb: 4183   Tarix: 28 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

turlar.az

gelinlikler həkim məsləhəti qadin sayti qış salatları tanışlıq saytları intim feyxoanin faydalari faydalı məlumat kosmetika şəkərbura baldiza aid intim munasibetler uzeyir nagillar