İki uşağı yetim qoyan "Porsche" sürücüsünə görün nə cəza verdilər

İki uşağı yetim qoyan "Porsche" sürücüsünə görün nə cəza verdilərDünən Bakıxanov qəsəbəsində "Porsche Cayenne Magnum" markalı avtomobillə gənc qızın həyatına son qoyan qəza mövcud hüquq sistemində boşluqları yenidən aktual etdi.

Qəzanı törətməkdə şübhəli bilinən Ağaəli Fərəcovun yaşının 14 olması onu cinayət məsuliyyətindən xilas etdi. Şübhəli bilinən şəxsin atası Fizuli Fərəcov mətbuata açıqlamsında kinayə ilə oğlunun məsuliyyətə cəlb olunmayacağını bildirdi.

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı şərh verən vəkil Asif Abdullayev qeyd edib ki, 14 yaşlı şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması Cinayət Məcəlləsinin 20.2.-ci maddəsində əks olunub. Həmçinin o, bu bəndin məntiqsiz məzmunda ifadə olunduğunu da bildirib.

"Həmin maddədə 14 yaşına çatmış şəxsin hansı cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilə bildiyi göstərilib.
Maddənin məntiqsizliyi ondan ibarətdir ki, avtomobili zədələdiyinə, kiminsə avtomobilini qanunsuz ələ keçirdiyinə və yaxud avtomobil yolunu yararsız hala saldığına görə 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər, amma avtomobillə adam vurub öldürmüş 14 yaşlı şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz."

Cinayət Məcəlləsinin 20.2.-ci mddəsinin tam məzmununu aşağıdaki kimidir :

"20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir."

Təbii ki, qanunverici tərəfindən nəqliyyat vasitəsi ilə qəza törətməni ehtiyatsızlıqdan törədilən cinayət olduğu üçün həmin maddəyə daxil edilmədiyini hesab etmək olar. Amma hər bir halda, cinayət məcəlləsinin 20.2.-ci maddəsində əks olunan bəzi cinayətlərlə müqayisədə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin ictimai təhlükəlilik dərəcəsi çox yüksəkdir. Bunlar nəzərə alınmalıdır.

Ekspert Ərşad Hüseynov açıqlamasında məsələnin digər tərəfinə aydınlıq gətirib. Şəxsin ölümü ilə nəticələnmiş qəzada avtomobilin sahibini hansı cəza gözləyir?

Ekspert qanuna istinad edərkən qeyd edir ki, burada sürücünün avtomobilini bilərəkdən verdiyi sübut olunsa, sadəcə olaraq, cərimə oluna bilər.

"Bu cərimənin də miqdarı cəmi 180 manatdır. Bir də mülki qaydada dəymiş ziyanın ödənilməsi tələb oluna bilər. Burada tərəfin cinayət məsuliyyətə cəlb edilməsindən söz gedə bilməz" - deyə, ekspert bildirib.
femida.az

Xəbərlər     Baxılıb: 3123   Tarix: 05 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

turlar.az

gözəllik məhsulları aksessuarlar geyim dəbləri yemək 2026 donlari gavalinin faydasi mətbəx qaydaları kosmetika terezi sekis qiz evi ucun burclerin uyumu kley lekesi