İlahə Fəda bacısı Fədayə Laçınla bağlı BÜTÜN SİRRLƏRİ açıqladı - İLK DƏFƏ

İlahə Fəda bacısı Fədayə Laçınla bağlı BÜTÜN SİRRLƏRİ açıqladı - İLK DƏFƏBAKU.WS həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fədadan müsahibə götürüb.

İlahə Fəda bacısının həbsi, səhhəti və KİV-də yayılan bir sıra xəbərlərlə bağlı açıqlama verib.

- Fədayə xanımın azadlığa çıxacağına inanırsınız?

Fədayə xanımın azadlığa çıxmasını anasından sonra ən çox istəyən ikinci insan mənəm. O bacımdır. Onun ciyərini bilirəm. Bunu qanunlarımız göstərəcək. Günahı varsa, həbs olunacaq, yoxdursa azadlığa buraxılacaq. Əgər o günahkar olsa idi elə birinci dəfə dindirilməyə çağrılanda qaçıb gedərdi. Hüquq mühafizə orqanları tərəfindən 3 dəfə polis idarəsinə çağrılıb və 3-cü də saxlanılıb.

- Axırıncı dəfə Fədayə xanımla nə vaxt görüşmüsünüz?

Axırıncı dəfə Fədayə xanımla oktyabrın 10-da görüşmüşük.

- Bəs indi görüşünə gedirsiz?

Yox getmirik. Qanun icazə verdiyi çərçivədə həftədə 2 dəfə 10 dəqiqə telefonla danışırıq.

- Fədaya xanımın görüşünə getməməyinizin xüsusi bir səbəbi var?

Yox, yoxdur. Sadəcə, Fədayə xanım özü istəmir ki, onun görüşünə gedək.

- Saytlar Fədayə xanımla bağlı bir çox xəbərlər yayırlar. Yəqin ki, bacısı kimi bu informasiyalar sizi də narahat edir...

Əlbəttə, haqq-ədalət bərpa olunandan sonra ağzına gələni yazan jurnalistlər, media qurumları ilə hüquqi müstəvidə danışcağıq. O saytların və ya jurnalistlərin əlimizdə siyahısı da var. Hamısını arixivimizdə saxlayırıq. İstər mənim şəxsi vəkilim, istərsə də Fədayənin vəkili bu işlə məşğul olacaq. Qoyun, haqq-ədalət bərpa olunsun. Həmin jurnalistlər və media qurumları qərəzli, vicdanlı olmayan yazılar yazdığına görə qanun qarşısında cavab verməli olacaqlar.

- Fədayə xanımın istedadlı böyük, bir oğlu var. Anasının müvəqqəti olaraq nəzarətə götürülməsi ona necə təsir edir? Azadlığa çıxacağına o da sizin kimi inanır?

Bəli, o da inanır ki, haqq-ədalət öz yerini tutacaq. Nəyin ki, o mən də. Ümumiyyətlə biz 4 bacı və 4 nəvə hamımız hər şeyin öz yerini alacağına inanırıq. Çünki dövlətimizə və onun qanunlarına inanırıq. Bura dağ başı deyil ki?

- Yəni siz hesab edirsiniz ki, "Qoca" ləqəbli avtoriter Etibar Məmmədovun qaçırılmasında Fədayə xanım təqsirsizdir?

Hazırda istintaq gedir. İstintaqın gedişinə görə üçüncü bir şəxsin danışmasına qanun çərçivəsində icazə yoxdur. Bu istintaqın gedişatına ziddir. Ona görə də öz düşündüklərimi deyə bilməyəcəm.

- Bəs yaxşı "Qoca" ləqəbli avtoriter Etibar Məmmədovun qaçırılmasına görə Fədayə xanımı qurban hesab etmək olar?

İstintaq davam edir. Həyatdır insanın başına hər şey gəlir. İstintaq bitsin, verdiyiniz sualların cavabını o zaman biləcəksiziniz. Yıxılana balta vuran çox olar.

- "Qoca" dünyasını dəyişəndən və Fədayə xanım da həbs olunandan sonra onların birlikdə şəkilləri, videoları yayıldı. Və bu görüntülərə belə ad qoydular ki, "Qoca" ilə Fədayə Laçın sevgili olublar. Əslində bu belə olmaya da bilər, məsələn, dost ola bilərlər, pərəstişkarı ola bilər. Bəs siz necə düşünürsünüz bacınızın "Qoca" ilə Fədayə Laçın sevgili olublar?

Bu barədə mən danışmaq istəmirəm. Fədayə özü azadlığa çıxsın bununla bağlı özü danışacaq. Heç kimin kiminsə şəxsi həyatına müdaxilə etmək ixtiyarında deyil. Nə olsun ki, bacımdır? Heç nə deyə bilmərəm. Bu adam bir gün azadlığa çıxacaq, ya yox? Sevgili olub olmadığı barədə də özü deyəcək.

- Bir də sonuncu dəfə Fədayə xanım vəkili Fədayə xanım hepatit xəstəsi olduğu ilə bağlı danışmışdır. Bu olaydan sonra xəstə oldu, ya elə hepatit xəstəsi idi?

Fədayə xanım bu 4-5 il bundan öncə Hipatit B-ə tutulub. Yəni müvvəqəti göz altına alınandan sonra bu xəstəliyə tutulmayıb. Yəni bu xəstəlik onda var idi.

- Bir də deyirlər ki, Fədayə xanım narkotik istifadəçisi olub və ya digər qaranlıq işlərlə məşğul imiş?

Müsahibimiz bu sualımıza gülərək cavab verir:

- Çox söz deyirlər o günü də yazmışdılar ki, Fədayə xanım ölüb. Nə bilim intihar edib. Nə olsun?
Xəstəliyi ilə bağlı hansı güzəştləri istərdiniz?

Biz istərdik ki, qanun çərçivəsində ev dustaqlığına alınsın. Çünki, Fədayənin indiki durumu həbsxana şəraitinə uyğun deyil. Evdə olsa xəstəliyini daha yaxşı müalicə edərik.

Xəbərlər     Baxılıb: 2550   Tarix: 19 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

yaz geyimleri 2026 makiyaj instagram sac duzumleri sağlam qida zirincin faydaları kelem tutmasinin hazirlanmasi masaj edirem kosmetika yemek reseptleri xlor lekesi bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır orqazm