İlan sancmaları zamanı ilk tibbi yardım

İlan sancmaları zamanı ilk tibbi yardımİlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır.
Sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır.
Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur. Dərhal "təcili yardım" çağırın!
"Təcili yardım" gələnə qədər:
- Zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və tam sakitlik təmin edin. Zərərçəkən heç bir halda hərəkət etməməlidir. "Təcili yardım" maşınına qədər onu xərəkdə aparmaq lazımdır!
- İmkan olduqda sancmadan sonrakı ilk 10 dəqiqə ərzində yaradan zəhəri sıxıb çıxarmağa çalışmaq lazımdır. Bunun üçün yara sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın.
- Sonra yaranı təmiz su ilə yuyub, yod və ya "zelyonka" ilə dezinfeksiya edin və üzərinə steril sarğı qoyun. Ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazımdır.
- Zədələnmiş ətrafı (ayağı və ya qolu) hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır. Sınıqlarda olduğu kimi, ətrafa şin qoyulur və ya zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti azalır.
- Sarğının üzərinə, zəhərin sorulma sürətini azaltmaq üçün, paketə qoyulmuş buz və ya soyuq kompres qoymaq lazımdır.
- Zərərçəkənə çox miqdarda maye (çay, su), antihistamin və ağrıkəsici dərmanlar verin.
Əgər xəstənin vəziyyəti çox ağır deyilsə, onu təcili olaraq maşında xəstəxanaya çatdırmaq lazımdır. Lakin bir çox ağır hallarda xəstənin xəstəxanaya müstəqil surətdə aparılması xeyli təhlükəli ola bilər! Yaxşısı budur ki, zərərçəkəni xəstəxanaya "təcili yardım" briqadası çatdırsın! Xəstəxanada zərərçəkənə xüsusi zərdab vurulacaq və s.
Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyacanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayət olunan şok başlaya bilər.
İlan sancması zamanı heç bir halda yaranı yandırmaq (isti bir şeylə və s.), bu yerdə dərini kəsmək, jqut qoymaq, zərərçəkənə alkoqol içkiləri vermək olmaz!
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1071   Tarix: 16 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

toy makiyaji sekilleri aksessuarlar həkim məsləhəti sarimsaq limon mocuzesi fikrət əmirov asan ata ve qiz kosmetika novruz zəhmət oxu az bürclər novruz bayramı haxışta