"İlhamə Quliyevanı şantaj edib ürəyini partlatdılar" - VİDEO

"İlhamə Quliyevanı şantaj edib ürəyini partlatdılar" - VİDEOAparıcı Elgiz Əkbərin ARB-də yayımlanan "Elin gözü" proqramında xalq artisti İlhamə Quliyevadan bəhs olunub.

BiG.AZ bildirir ki, verilişdə mərhum müğənninin yaxınları iştirak edib.

Müğənni Əli Mirəliyevin qızı Samirə Mirəliyeva İ.Quliyevanın şəkər xəstəsi olduğunu söyləyib:

"2009-cu ildən İlhamə xanıma baxırdım. Bir dəfə halı pisləşdi, xəstəxanaya apardılar. Eldar müəllimin qızı ilə xəstəxanaya getdik, dəhşətli vəziyətdə gördük. İlhamə xanım elə pis idi ki... Elə bil onu qutuya salmışdılar. Onun yanında Orxan və dostu Vüqar var idi. Ayaqları pis halda idi. 2008-ci ildə ayağından yara çıxdı, şəkər idi. Hamıdan gizlədirdi, dərin yaraları var idi. Basqı altında oldu, onu mənəvi öldürdülər. İndi miras davası döyənlərə dəfələrlə yığıb deyirdim gəlin, heç olmasa ona bir gün siz baxın. Deyirdilər öləndə gəlirik. Ölümündən iki həftə əvvəl vəziyyəti daha da pisləşmişdi, yeriyə bilmirdi. Onu güclə ora-bura daşıyırdıq. Ona bir kişi zəng edirdi ki, bizdə səsyazıların var, onu şantaj edirdi. Adını bilmirdik, amma səsini eşidirdik. Bunu çox ürəyinə saldı".

Ə.Mirəliyev "Dəfələrlə bacılarına deyirdim, gəlin bacınızı görün. Deyirdilər, ölsə də gəlməyəcəm. İndi niyə miras davası döyürlər" sözlərini əlavə edib.

İ.Quliyevanın dayısı oğlu Eldar İsmayılov məsələ ilə bağlı bunları deyib:

"Ətrafına son vaxtlar yığışan insanların məqsədi ona kömək yox, istifadə etmək idi. O, kişi kimi pul xərcləyən idi. Qohumları da onu görməyə gəlirdi. İndi məhkəməyə gedib, aralarında problem yaradıb, pul bölmək istəyənlər var. İlhamə xanıma hamı bəxtəvər deyirdi. Onun nə ailəsi, nə uşağı var idi. Kimə yardım göstərirdi, bilirdi ki, onunla səmimi deyil. İlhamə Quliyevanın ürəyi partladı. Bütün zənglərə özü cavab verirdi. Onun yanında olan xadimə deyirdi ki, hadisə gecə olub. Ona zəng edib şantaj edirdilər. İlhamə qorxaq idi, el arasında biabır olmaqdan çəkinirdi. Övladsız qadına pis baxırdılar".

İ.Quliyevanın ölümündə təqsirli bilinən Mehriban Hüseynova onunla bağlı etibarnaməni təqdim edib:

"Həmişə dostu kimi mənə dərdini deyirdi. Deyirdi ki, məndən sonra adımı yaşadacaqsan. Mənim xaricdə yaşayan dayım oğlunu, Əli Mirəliyev və qızı Samirəni taparsan. Adıma fond yaradarsınız, əsgərlərə, kasıb insanlara kömək edərsiniz. Hər zaman bu sözü deyirdi. Bunla bağlı mənə etibarnamə verdi. Bu kağıza görə məni həbs də etdirdilər. Bu kağız İlhamə Quliyeva öləndən sonra kağız etibarını itirdi".

Xəbərlər     Baxılıb: 2041   Tarix: 01 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

turlar.az

qadın geyimi geyim şəkilləri hamiləlik aciq cinsi elaqe yay donlari 2026 janrlar kompot kosmetika video xanim.az layla vətənə aid insan