İlhamənin həyat yoldaşı vəfat edib: "Çox pis idim, depressiyaya düşdüm" - VİDEO
Müğənni İlhamə Qasımova şəxsi həyatı ilə bağlı etiraf edib.
Open.az xəbər verir ki, sənətçi "ABC 24"ə müsahibəsində uzun müddətdir gündəmdən düşməyən həyat yoldaşı ilə ayrılması məlumatlarına son qoyub.
O bildirib ki, əri dünyasını dəyişib: "Ailə həyatım 4 il əvvəl bitib. Şayiələr yayıldı ki, boşanıb. Dedim, ayıbdır, sabah biləndə xəcalət çəkəcəksiniz. Verilişlərdə bu haqda çox suallar verildi. Məcbur açıqlayıram. Xəstəliklə əlaqədar dünyasını dəyişdi. Səhnədən uzaqlaşdım, Amerikaya getdim. Çox pis idim, depressiyaya düşdüm. Dərmanlar içirdim".
İlhamə şou-biznesdə dəb olan "Həci" söhbətinə münasibət bildirib: "Kim necə qazanır özü bilər. Heç kimi qınamıram. O, acından öləndə qapısını döyüb "salam" verməmişəm. Eləcə də mən ac qalanda, kimsə qapımı döyməyib. İndi insanlarda elə düşüncə yaranıb ki, kiminsə pulu varsa, mənə verməlidir. Biznesmen əziyyət çəkir qazanır. Mən acamsa, öz tənbəlliyimdir. Pis tərəfi bunu açıqlamalarıdır. Beş Həcin olsun, get yaşa. İç camaşırını açmağa ehtiyac yoxdur. Mən aclıq olsun, xoşbəxtlik olsun tərəfdarı deyiləm. İnsan kasıb olanda çox günah edir. Amma başqasına möhtacı olmayanda, pulu olanda günah işlərə əl atmırsan". axşam.az









Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür