İlk tibbi yardım zamanı edilən SƏHVLƏR

İlk tibbi yardım zamanı edilən SƏHVLƏRİlk tibbi yardım zamanı bəzən etdiyimiz kömək xəstə üçün daha da ziyanlı ola bilər.
Milli.Az medicina.az-a istinadən ilk yardım zamanı edilən bəzi səhbləri təqdim edir:
"Kimsə təcili yardım çağırmışdır" deyə düşünmək
Xüsusi ilə də ictimai yerlərdə hadisə zamanı kiminsə ambulansa xəbər verildiyi düşünülür. Və hərkəs "Onsuzda başqası çoxdan çağırmışdır" deyə xəstəyə kömək etməyə çalışır. Amma dərhal tibbi yardıma zəng edib, hadisəni danışmalı, sakit olmalıdır.
Epilepsiya krizlərində soğan qoxulatmaq
Bu kimi krizlərdə xəstənin ağzının açılması və ya ayılsın deyə soğan kimi kəskin iyilərin qoxulatması, əllərinin açılmağa çalışılması da ən çox yayılan səhvlərdəndir. Bu kimi hərəkətlərdən uzaq durun. Bunun yerinə xəstənin özünə zərər verməsinin qarşısını almaq üçün baş hissəsini tutaraq, əsmənin keçməsini gözləmək və vaxt itirmədən tibbi yardım çağıermaq lazımdır.
Günəş və digər yanmalarda qatıq, diş məcununun çəkilməsi
Günəş yanması adətən birinci dərəcəli yanıq olaraq ortaya çıxır. Bu halda yanan hissəni sərinlətmək lazımdır. İnsanlar arasında geniş yayılan diş məcunu, qatıq kimi qidaların çəkilməsi infeksiyalara yol açır. Ona görə də bunu yerinə yanan yeri axan su altında ən az 15 dəqiqə saxlayın. Daha ağır yanıqlarda isə həkimə gedin.
İlan, həşərat dişləmələrində qanın əmilməsi
Həşərat, ilan kimi dişləmələrdə həmin hissənin qanadılması, qanın əmərək tüpürmək faydalı deyil. O insana infeksiya keçə bilər. Bunun yerinə həmin hissə su və sabunla təmizlənməli, sıx bağlanmalı və xəstəxanaya aparılmalıdır.
Baş-çənə vəziyyətini verməmək
Nəfəsalmada çətinlik, özünü itirmə kimi hallarda xəstələrin ağız boşluğu kontrol edilməli, ağız içində cisim varsa çıxarılmalı və insana baş-çənə pozisiyası verilməlidir. Bu bir əlimizi xəstənin alnına basarkən digər əlimizin iki barmaqla çənənin altdan itələyərək verilən pozisiyadır. Bu dilin boğaza qaçmasının qarşısını alır.
Huşunu itirənə şillə vurmaq
Özünü itirən adama şillə vurmaq, üzünə su çırpmaq, sadəcə kürəyiüstə uzandırmaq ən çox edilən səhvlərdəndir. Amma ayaqlar ən azı 30 sm havaya qaldırılmalı və xəstə başıyan olacaq şəkildə tutulmalıdır. Lazım olarsa tibbi yardım çağırılmalıdır.
Batan cisimlərin çıxardılması
Xüsusi ilə gözə və ya bədənə batan cisimlərin nəzarət etmədən çıxarılması çox risklidir. Bu kimi hallarda batan cisimlər əsla yerindən tərpədilməməli və tibbi yardım çağırılmalıdır. Əks halda daha da pis nəticələnə bilər.
Donmada qar və ya buzla ovunulma
Donma hallarında donan yerin qar və ya buzla ovunulması da səhv hərəkətlərdən biridir. Bu kimi hallarda həmin şəxsi otaq temperaturunda bir yerə alıb, üzərindəki geyimlər yaşdırsa, çıxarılmalı, quru geyimlər geyindirilməli və isti içkilər verilməlidir.
Zəhərlənmələrdə qusmaya zorlamaq
Xüsusi ilə də kimyəvi zəhərlənmələrdə həmin şəxsi qusmaya zorlamaq insanı təkrar kimyəvi maddəyə məruz qoyacağı üçün yemək və qida borusuna zərər verə bilər. Bu kimi hallarda həmin şəxs əsla qusdurulmamalı, qusmaya zorlanmamalıdır. Qida zəhərlənməsi kimi hallarda zəhərlənməyə səbəb ola biləcək maddə və ya qida araşdırılmalı, qusmanın zərərsiz olduğuna əmin olunmalıdır. Lazım olarsa dərhal tibbi yardım çağırılmalıdır.
Avtomobil qəzalarında sıxılan insanı çıxartmaq
Xüsusi ilə də avtomobil qəzalarında içəridə qalan insanı tibbi yardım gəlmədən içəridən çıxartmaq ən çox rastlanan hallardır. Amma bu kimi hallar ömürlük xəsarətlərlə nəticələnə bilər. Ona görə də profisional yardımların gəlməsini gözləmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1533   Tarix: 11 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim necə seçməli toy gecesi qaşların formalari qogal resepti veten haqda atalar sözləri elza seyidcahan seks prosesi kosmetika oyunlar rus dilini oyrenek 2ci ders seksual bürclər qz eviyçun hakışta