İlkin Əhmədovun iddialarına qarşı verilişdən - AÇIQLAMA

İlkin Əhmədovun iddialarına qarşı verilişdən - AÇIQLAMA"Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm".
azxeber.com xəbər verir ki, bu sözləri xanəndə İlkin Əhmədov Axşam.az-a açıqlamasında deyib.
Onun bu fikirləri səsləndirməsinə səbəb isə ötən gün "7 tamam" verilişində xanəndəyə 3-cü dəfə ata olacağı ilə bağlı xəbərin verilməsi olub.
Özəl həyatının ekranda danışılmağını doğru hesab etməyən İ. Əhmədov verilişin heyətinə xəbərdarlıq edib:
"Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm" deyə o bildirib.
azxeber.com məsələ ilə bağlı verilişin yaradıcı heyəti ilə əlaqə saxlayıb.
Redaksiyamıza geniş açıqlama verməyən əməkdaşlar bildirib ki, onlar xanəndənin bu çıxışından xəbərsizdirlər:
"Dünən İlkin müəllim verilişimizin qonağı olub. Tək dünən yox, hər zaman onu xüsusi diqqət və sevgi ilə dəvət etmişik. O da eyni hörmətlə verilişimizdə iştirak edib. Qaldı ki, digər məsələyə bununla bağlı bizim bir məlumatımız yoxdur". 
Aysel Hacızadə

Şou Biznes     Baxılıb: 2081   Tarix: 29 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

.

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

turlar.az

geymler 2026 qadin dunyasi sac duzumleri bilik haqqinda atalar sözləri dirnaq ucun maskalar qadindunyasi.az gözəllik kosmetika seksi faydalı məsləhətlər qizliq perdesi banan həmidə