İllər sonra hamilə qaldı, körpəsi doğuşda öldü - FOTO

"8 il uşaq yolu gözləmişəm. Nəhayət, hamilə qaldım. Sevincimin həddi-hüdudu yoxuydu. Hamilə olduğumu bildiyim vaxtdan həkim nəzarətində olmuşam, bütün müayinələrdən keçmişəm. Həkimim Şamaxı rayon Mərkəzi Xəstəxanasında hamının təriflədiyi Nəzakət xanım idi. 6 aya qədər hər şey normal idi. Həkim 6-cı ayda dedi ki, Ruhəngiz, nəsə uşağın başı xoşuma gəlmir, doppler müayinədən keç. Sumqayıtda doppler müayinədən keçdim, dedilər, ciddi bir şey deyil, müalicə ilə keçər. Müayinənin cavabını gətirdim Nəzakət həkimə, baxdı, müalicə yazdı. Bir kurs müalicədən sonra bildirdi ki, uşağın sapsağlamdır. Yazdığım müalicənin xeyri olub".

Unikal.org xəbər verir ki, bu sözləri lent.az-a doğuş zamanı körpəsini itirmiş Şamaxı rayon sakini Məmmədova Ruhəngiz deyir. Hadisə iyulun 16-da Şamaxı rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, doğuş sancıları tutan R.Məmmədova yaxınları tərəfindən xəstəxanaya gətirilib. Doğuşu Nəzakət adlı ginekoloq qəbul edib: "39-cu həftəmi tamamladım, 40-a keçəndə həkimim mənə sancı iynəsi yazdı. Vurdurdum. İyulun 15-də sancım başladı, xəstəxanaya gətirdilər. Nəzakət həkim baxdı, dedi, artıq doğursan. Şənbə günü idi, bütün günü sancı çəkdim, həkim məni o vəziyyətdə qoyub evinə getdi. Sancım gecə də davam etdi. Tibb bacısına dedim ki, həkimi çağırın mənə baxsın, ölürəm. Dedilər, yoxdu, evinə gedib. Axırda səhəri gün anamgil evinə gedib həkimi çağırdılar. Doğuşum çox çətin keçdi. Heç cür doğa bilmirdim. Həkim qarnımı ordan-burdan ha sıxdı, xeyri olmadı. Arada mənə də qışqırırdı ki, tez doğ, sənə görə qalmışam burda. Hələ arada məni də vurdu. Mən də ağlayıb yalvarırdım ki, mənimlə insan kimi davransın. Mən insanam axı. O isə elə davranırdı, elə bil, qarşısındakı heyvandı. İki gün zülm verdi mənə. Bir neçə saat əlləşəndən sonra uşağın ürək döyüntüsünü yoxladı ki, ürəyi dayanıb. Bu vaxt mənim ürəyim getdi".

Məmmədovanın iddiasına görə, onun körpəsi həkim səhlənkarlığı ucbatından ölüb. Vaxtında qeysəriyyə əməliyyatı olsaymış, körpəsi yaşayacaqmış: "Özümə gələndə gördüm, məni əməliyyata hazırlayır. 9 ay həsrətlə gözlədiyim balam artıq bətnimdə ölmüşdü. Dedim, balam öləndən sonra məni kəsmək nəyə lazımdır? Onu əvvəldən edərdiniz, nə mənə zülm verərdiniz, nə də balamı öldürərdiniz. Nəzakət həkim susurdu, dinmirdi. Özünə də demişəm, ondan şikayətçi olacağam, mənim balamı o öldürdü. İki gün xəstəxanada mən zülm çəkdim, heç yanımda da olmadı. Uşaq öləndən sonra nəyimə lazımdır? Mən balamı sağ istəyirdim, ölüsünü verdi".

Hadisənin sabahı gün Şamaxı Rayon Prokurorluğundan müstəntiq xəstəxanaya gələrək doğuşda iştirak etmiş tibbi personalı danışdırıb. Həmin vaxt R.Məmmədova özündə olmayıb deyə onu danışdıra bilməyiblər.

Faktla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Doğuşayardım Komissiyası araşdırma aparır: "Araşdırma bitmədən bu haqda nəsə demək düzgün deyil".
İllər sonra hamilə qaldı, körpəsi doğuşda öldü - FOTOİllər sonra hamilə qaldı, körpəsi doğuşda öldü - FOTOİllər sonra hamilə qaldı, körpəsi doğuşda öldü - FOTO

Xəbərlər     Baxılıb: 2725   Tarix: 22 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

hamiləlik makiyaj instagram makiyaj etmek qaydalari zaur gunay varikozun mualicesi haxışta sözləri 2026 ayaqqabı modelləri kosmetika aslan usaq seirleri ariqla balıq englishdilində qulaq