İmsakın ən məsləhətli yeməyi... - 40 dəqiqə sonra da yatın

İmsakın ən məsləhətli yeməyi... - 40 dəqiqə sonra da yatınMüsəlman aləmi üçün müqəddəs sayılan Ramazan ayının artıq 15-ci günüdür. Builki Ramazan təqviminə nəzər saldıqda görə bilərik ki, imsak-iftar arası zaman ölkəmiz üçün təxminən 14 saatdır. Bundan başqa, havaların yaz ayına təsadüf etməsi, oruc tutanların işini bir qədər rahatlaşdırır. Digər bir tərəfdən oruc tutub gündəlik ağır iş rejimində çalışan şəxslər də var.
Bəs bu uzun saatları sağlam şəkildə keçirmək üçün nələrə diqqət etmək önəmlidir?
Milli.Az Ramazan ayında özünüzü daha gümrah hiss etməyiniz üçün din xadimləri və tibb işçilərinin məsləhətləri əsasında hazırlanmış məqaləni təqdim edir:
Ramazan ayında gün ərzində aclıq problemi olanlar lifli qidalardan istifadə edərək mədənin boşalma müddətini uzada bilərlər. Aclığı gecikdirən lobya, noxud, mərci, bulğur kimi qidaları qəbul etməsi, bol yağlı, duzlu, ağır yeməklər ilə xəmir xörəklərindən uzaq durmaları tövsiyə edilir.
Bundan başqa, moruq, paxlalı bitkilər, partlamış qarğıdalı, portağal, badam, yulaf tərkibi liflə zəngin olan əsas qidalardır. Həmin məhsulların ikinci xüsusiyyəti insanda uzun müddət ərzində toxluq hissini yaratmasıdır. Bitki çaylarının qəbulu sinir sisteminizi sakitləşdirir.
İdeal imsak süfrəsi necə olmalıdır?
Ramazanda sağlam qidalanmayıb əlavə kilo almaq istəmirsinizsə, imsaka mütləq qalxmaq və bu zaman bəzi nüanslara fikir verilməlidir. İmsakdan ən az 40 dəqiqə sonra yatmaq lazımdır. İmsaka oyandıqdan sonra yuxu problemi yaşayırsınızsa, kivi yeməyiniz məsləhətdir.
Gün ərzində tox qalmaq üçün imsakda daha çox yemək qəbul edilməli olduğunu düşünürsünüzsə, yanılırsınız. Əsasən yüngül qidalara önəm verilməli, bol maye qəbul edilməlidir. İmsakın ən məsləhətli yeməyi yumurtadır. Səhərlər enerji dəyəri yüksək, proteinlə bol qidalar seçilməlidir. Pendir növləri, bir-iki dilim tam taxıllı çörək, 1 ovuç badam, qoz və ya fındıq, bir neçə meyvəni rasiona daxil edə bilərsiniz. Bundan başqa, xurma, alma, avakado, tünd şokolad aclıq hissini öldürür. Xüsusilə, xurmadan istifadə gün ərzində sizi tox saxlayacaq. İmsakda un məmulatları, ağır şirniyyatlardan uzaq durun.
Bəs ideal iftar süfrəsində nələr olmalıdır?
Qan şəkərini tənzimləmək üçün iftara xurma və ya su ilə başlamaq məsləhətdir. Çünki uzun müddət davam edən aclıq bir anda yemək qəbulu ilə ciddi problemlər yarada bilər. İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyanlıdır. Hətta səhərə qədər yeyən insanlar belə var. Bu, həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün sayılmır. 
İlk yemək kimi şorba, salatın seçilməsi məqsədəuyğundur. Yemək yavaş-yavaş qəbul edilməlidir. Şorbadan sonra 10-20 dəqiqə fasilə verərək əsas yeməyə başlamaq olar. Süd məhsulları və qara çörəyə üstünlük verməyiniz həzm sisteminizi yüngülləşdirəcək. Əsas yeməkdə ət, balıq və toyuq məhsullarından istifadə etmək vacibdir.
İçdiyiniz suya limon qatın, bu, susuzluq müddətini artıracaq. Oruc tutan zaman suyun necə və nə vaxt qəbulu çox önəmlidir. İftar və imsak arasında 2,5-3 litr su içmək tövsiyə olunur. 
Su içmək bağırsaq və böyrəklərin daha yaxşı fəaliyyət göstərməsinə səbəb olur. Ancaq yemək yeyən zaman su içmək həzm sistemini poza bilər. Su yeməkdən 10 dəqiqə əvvəl və ya 1 saat sonra içilməlidir. 
Maye qəbulunda digər bir məsələ isə çay və kofedən nə vaxt istifadə etməkdir. Belə ki, iftardan sonra maye qəbulunu xüsusi diqqət etmək lazımdır. Məsələn, yeməkdən dərhal sonra çay və ya kofe içmək qidalardan alınan vitaminləri öldürür. Bu səbəbdən yemək və çay arasında fasilə vermək, əsasən bitki çaylarına üstünlük vermək tövsiyə olunur. 
Ramazan ayında idman sizə müsbət təsir edəcək
Gün ərzində ac qalıb iftarda tox olana kimi yemək istər-istəməz sizdə köpə səbəb olacaq və sonradan kilo almağa başlayacaqsız. Bu səbəbdən yaxşı olar ki, yeməkdən 1 saat sonra yüngül məşqlər edəsiz. İmkan daxilində ideal idman növü isə yoqadır./"Qafqazinfo" 
Milli.Az

Xəbərlər     Baxılıb: 1161   Tarix: 15 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi toy gecesi sade makiyaj sekilleri ureyin isemik xestelikleri ciyer qovurmasi parfümeriya salatlarin bezenmesi kosmetika bahar qiz burcu arxadan olmaq nagillar tut ağacı tutdudu