İndiki dövrdə depressiya və həyəcan pozuntuları güclənə bilər... - Psixiatrdan TÖVSİYƏ

İndiki dövrdə depressiya və həyəcan pozuntuları güclənə bilər... - Psixiatrdan TÖVSİYƏXüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması nəticəsində yenidən işə başlayanda insanı müəyyən dərəcədə eyforiya bürüyür. Düşünür ki, sanki təhlükə artıq geridə qalıb. Bu zaman sayıqlıq zəifləyir.
Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev deyib.
Psixiatr bildirib ki, ona görə cəmiyyətə və işə çıxanda şüurlu şəkildə qaydalara riayət etmək lazımdır: maska taxmaq, məsafə saxlamaq və ən əsası əllərin təmizliyinə fikir vermək: "Çünki virus axıra qədər və tam şəkildə öyrənilməyib. Buna görə də şəxs kütlə psixologiyasına riayət etməməlidir. Yəni heç kim maska taxmır, mən də taxmıram. Belə hallarda cərimələrin tətbiqi müsbət təsir göstərəcək. Çünki insanların əksəriyyəti cəriməni ödəmək istəmir. Məsələn, əvvəllər yolu "zebradan" keçmək mümkün olmurdu. Amma indi əksər hallarda piyadaya yolu keçmək üçün nəqliyyat vasitələri imkan verirlər, çünki cərimələr tətbiq olunur".
Həkim deyib ki, xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması nəticəsində yenidən işə başlayanlar səhər işə getmək üçün tez oyanmalıdırlar, çünki iş ritmini tutmağa məcburdurlar. Bu zaman insanda qəribə hisslər yaranır, çünki artıq həyat əvvəlki kimi deyil, yeni qaydalar, yeni tələblər, yeni münasibətlər formalaşıb: "Fantastik filmlərdə gördüklərimiz sanki həyata keçir. Təbii ki, burada depressiya və həyəcan pozuntuları müşahidə edilə, yaxud güclənə bilər. Bu cür hallar olarsa, çəkinmədən psixiatra müraciət etməyi məsləhət görürəm. Bundan başqa, sadə məsləhətlər yaxşı kömək edir: vaxtında alınan 7-8 saatlıq yuxu, təmiz havada yürüş etmək, sağlam qidalanma. Sonda bir məqamı da qeyd etmək istəyirəm. Bir qrup insan yaşlı nəslin yoluxma riskinin yüksək olduğunu fikirləşmir. Lakin bilindiyi kimi əsrlər boyu xalqımız yaşlı nəslə həmişə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, bu yanaşma özünü qaydalara riayət etməklə də göstərəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1245   Tarix: 14 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

sac duzumleri kosmetika mehsullari makiyaj etmek qaydalari sarimsagin xeyri zaur baxşəliyev sevgi ve seks şirniyyat və tortlar kosmetika eqreb dieta gunay oyunlar vetene aid bayatilar