İnfarkt ən çox bu saatlarda baş verir - Kardioloqdan açıqlama
Gecə saatları infarkt üçün ən təhlükəli vaxtlardır.
Milli.Az xəbər verir ki, bunu Türkiyənin Anadolu Sağlamlıq Mərkəzinin kardioloqu Dr. Nermina Alagiçin söyləyib.
O bildirib ki, xüsusilə 03:00-07:00 arası ürək-damar problemləri riski artır. Bunun əsas səbəbi insanın biyoloji saatı, yəni sirkadiyen ritmdir.
Kardiyoloq bildirir ki, gecə saatlarında kortizol və adrenalin hormonlarının artması qan təzyiqini və laxtalanmanı yüksəldir. Bu isə damar tıxanıqlığı olan şəxslərdə infarkta səbəb olur. Xüsusilə gecə növbəsində işləyənlər, tez-tez səyahət edənlər və yuxu rejimi pozulmuş insanlar daha yüksək risk altındadır.
Ürək sağlamlığını qorumaq üçün mütəxəssislər normal yuxu rejimi, yatmazdan əvvəl ağır yemək, alkoqol və kofeindən uzaq durmaq, intensiv məşqləri yatmazdan əvvəl etməmək, stresin azaldılması üçün meditasiya və nəfəs məşqləri tövsiyə edir.
İsmayıl
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO