İnfeksionist - İmmun sistemini süni şəkildə artıra bilmərik

İnfeksionist - İmmun sistemini süni şəkildə artıra bilmərik"Təəssüf hissiylə qeyd edirəm ki, koronavirusdan ölüm halları artmaqdadır. Ümumiyyətlə, dünyada bütün statistik məlumatlarda bu istiqamətdə artım tendensiyası davam edir. Hətta aprel, may aylarının rəqəmlərindən daha yüksəkdir. 13 noyabr tarixində dünyada gündəlik statistika 660 000 nəfəri keçmişdi".
Bu sözləri Publika.az-a açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva deyib. Həkim qeyd edib ki, yoluxma sayının artmasına müxtəlif faktorlar təsir edir:
"Rəqəmlər azaldıqdan sonra insanlarda arxayınlaşma hissi baş qaldırdı. Maska istifadəsi, sosial məsafənin gözlənilməsi kimi tədbirlərə daha laqeyd yanaşmağa başladılar. Eyni zamanda bunu müəyyən hava şəraiti ilə də əlaqələndiririk. Bəzi araşdırmalarda bildirilir ki, rütubət və otağın havalandırma dərəcəsi müəyyən qədər də olsa, virusun sürətlə yayılmasına rəsir edir".
İnfeksionist vurğulayıb ki, dad və iybilmə duyğusunun itməsi heç də sadəcə koronavirus deyil, başqa xəstəliklərin də əlamətləri ola bilər:
"Daha əvvəlki viruslarda da bəzən olurdu ki, dad və iybilmə qabiliyyətimizi itirirdik. Bu, bir müddət sonra bərpa olunurdu. İndi biz COVID-19-a bənzər simptomlar törədən digər infeksiyaların da yayıldığı fəsli yaşayırıq. Koronavirusun əsas simptomları qızdırma, öskürək, burun tutulması, boğaz ağrısıdır. Dad və iybilməni itirən xəstələrdə 99 faiz hallarda COVID-19 testinin cavabı pozitiv çıxır.
Xəstəliyi necə keçirməyimiz immun sistemindən asılıdır. Elə insanlar var ki, xəstəliyi həqiqətən simptomsuz keçirir, özlərinin belə xəbəri olmur və qanlarında ona qarşı immunitet yaranır. Bunu biz seroloji testlərin köməyi ilə müəyyən edirik. Elə şəxslər də var ki, xəstəliyi çox ağır formada keçirir. Bu da bizim immun sisteminin anadangəlmə xüsusiyyətlərinə bağlıdır. Müəyyən dərmanlarla, sağlam qidalanmasaq, yuxu rejimimiz pozulsa, immun sistemimiz azala bilər. Lakin onu süni şəkildə artıra bilmərik, təəssüf ki, bunun üçün əlimizdə tibbi vasitə yoxdur".
Həkim qeyd edib ki, özünü qorumağın ən effektiv yolu maskalardan düzgün istifadədir:
"Eyni zamanda tibbi maskalardan istifadə etmək lazımdır. Dəfələrlə vurğulayıram, tibbi maskalar daha qoruyucudur, nəinki parça və dekorativ maskalar. Parça maskaların keçiriciliyi yüksəkdir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2455   Tarix: 23 noyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

toy makiyajlari geyim və ayaqqabılar aksessuarlar donlar yay ucun şəxsi inkişaf toy dəbi aşıqlar kosmetika tut ağacı tutdudu dieta xanim az oxatan birlik haqqinda