İnsan Metapnevmovirusundan necə qorunmalı?

İnsan Metapnevmovirusundan necə qorunmalı?Son zamanlar daha çox yayılmış  İnsan Metapnevmovirusu (HMPV) hər yaşda olan insanlarda, immun sistemi zəif olanlarda, xüsusən, 5 yaşadək uşaqlarda və 65 yaşdan yuxarı yaşlılarda, yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə səbəb ola bilər.
İnsan metapnevmovirusunın yayılması, adətən,  qışda başlayır və yaza qədər və ya yaz boyu davam edir. Xəstəliyin inkubasion dövrü, yəni xəstə ilə təmasdan sonra xəstələnməyədək olan vaxt - 3-6 gündür. Bəs xəstəlik necə yayılır?
• öskürərkən və asqırarkən,
• toxunmaq və ya əl sıxmaq kimi yaxın şəxsi təmas zamanı,
• üzərində viruslar olan əşyalara və və ya səthlərə toxunduqdan və sonra əllər ilə ağıza, buruna və ya gözlərinizə toxunmaqla,
Bəs, xəstələnməmək üçün nə etmək lazımdır? Tez-tez əllərinizi ən azı 20 saniyə ərzində sabun və su ilə yumaq. Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ya ağzınıza toxunmamalı. Xəstə insanlarla yaxın təmasdan çəkinmək lazımdır. Soyuqdəyməyə bənzər simptomları olan xəstələr isə: öskürərkən və asqırarkən ağız və burunlarını tutmalı, əllərini tez-tez və düzgün yumalıdırlar (ən azı 20 saniyə sabun və su ilə) stəkan və digər yemək ləvazimatlarını başqa şəxslələ bölüşməməli, başqaları ilə öpüşməkdən çəkinməli, xəstə halda evdə qalmalıdırlar.
Əlavə olaraq, potensial çirklənmiş səthlərin (qapı tutacaqları və paylaşılan oyuncaqlar kimi) təmizlənməsi kimi işlər insan pnevmovirusunun yayılmasının dayandırılmasına kömək edə bilər. 
HMPV - İnsan Pnevmovirusunun simptomları hansılardır? - öskürək, burun tutulması, zökəm, yüksək temperatur, boğaz ağrısı, ürəkbulanma, qusma, ishal. 
Xəstəlik zamanı görülən tədbirlər: Antibiotiklər viruslara təsir göstərmir və ancaq ağırlaşmalar olduğu halda qəbul edilə bilər ki, bunlar  da həkim tərəfindən təyin edilməlidir. Simptomların aradan qaldırılması üçün uyğun təsisrə malik reseptsiz satılan və təhlükəsiz dərmanları qəbul etmək olar. Bəzi hallarda, burun tutulmasının nəticəsi olaraq, orta qualaq itihabı kimi ağırlaşmalara rast gəlinir. (çünki, orta qulaq ilə burun  boşluğu bir-biri ilə Yevstax borusu ilə əlaqəlidir). Burun tutulan zaman orta qulağın havalanması pozulur, burada yaranan mənfi təzyiq orta qulaq qan damarlarından qanın maye hissəsinin orta qulağa toplanmasına və təbil pərdəsinə təzyiq göstərməsinə səbəb olur. Nəticədə  qulaqda kəskin ağrı yaranır. Belə hallarda, dərhal, həm iltihabəleyhinə, həm də ağrıkəsici təsirə malik, OTİPAKS qulaq damcısından: -  4 damcıdan gündə 2-3 dəfə istifadə etmək lazımdır. Bu, qulaq ağrısının 5 dəqiqəyə azalmasına, qulaq tərəfindən ağırlaşmaların və təbil pərdəsinin deşilməsinin qarşısını alır. Xəstəliyin simptomları qızdırma 5 günə normaya düşməzsə, və ya nəfəs almaqda çətinlik varsa, ya başqa ciddi xəstəliyin əlamətləri varsa, mütləq həkimə müraciət etmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1792   Tarix: 03 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig