İnsan sevəndə beyni zəifləyirmiş - Alimlər açıqladı
Sevgi asılılığı beynin fəaliyyətinə mənfi təsir edir.
Milli.Az xəbər verir ki, bunu İtaliyalı alimlər araşdırıblar. Araşdırmanın nəticələri "Behavioural Brain Research" jurnalında dərc olunub.
Belə ki, sevgi insanın yalnız ruhunu yox, eyni zamanda beyin fəaliyyətini də sarsıda bilər.
Sevgi asılılığı simptomları olan insanlar unutqanlıqdan, gündəlik işlərdə səhvlər etməklə bağlı şikayətlər edirlər. Ən çox narahatlıq və depressiya yaşayanlarda isə bu təsirlər daha kəskin olur.
Sosial şəbəkələr də bu asılılığın güclənməsində böyük rol oynayır. Onların çox istifadəsi insanı daha emosional edir, münasibətlərə qarşı real olmayan gözləntilər yaradır.
Alimlər vurğulayırlar ki, sevgi asılılığını sadəcə bir "moda xəstəliyi" kimi qiymətləndirməmək lazımdır. Bu, ciddi bir davranış pozuntusudur və mütəxəssis yardımı tələb edir. Problemi vaxtında tanımaq və yardım almaq üçün maarifləndirməyə ehtiyac var.
İsmayıl
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi