"İnsanı daxildən göbələklər, parazitlər yeyib bitirir" - Həkim laborantdan DƏHŞƏT

"İnsanı daxildən göbələklər, parazitlər yeyib bitirir" - Həkim laborantdan DƏHŞƏTBu dəhşətli açıqlamanı rusiyalı həkim laborant edib. O, 25 ildir ki, mikroskop altında analiz və yaxmalara baxıb, minlərlə xəstədə xəstəliyin, infeksiyanın törədicisini analizlərlə təyin edib. Məhz bu təcrübə bunu deməyə əsas verib ki, insanı məhv edən daxildəki göbələklərdir.
Milli.Az həmin həkimin dəhşət saçan qeydlərini təqdim edir:
"Hər şey 1980-ci ildə baş vermiş bir hadisədən başladı. Bizim laboratoriyaya cavan oğlanın analizlərini göndərdilər, onda qəribə xəstəlik var idi, həkimlər səbəbini tapa bilmirdilər.
Xəstənin zaman-zaman qızdırması 38-dərəcəyə qalxırdı, amma bununla belə ciddi xəstəliyi aşkarlanmırdı.
Müalicə həkimi malyariyadan şübhələndi və düz 1 ay onun qanında malyariya axtardıq.
Xəstə isə çox pisəm, öləcəyəm desə də, heç kim ona inanmırdı.
Xəstənin vəziyyəti ağırlaşanda onun ürək əzələsində endokardit - ciddi infeksion zədələnmə aşkarladılar. Əvvəldən buna şübhə olmamışdı. Xəstəni xilas etmək mümkün olmadı.
Lakin həkim laborant Kozmina onun qanını tullamadı və bu qəribə olayın sirrini açmaq üçün yenidən, dəfələrlə mikroskop altında baxdı, araşdırdı və bir gün orda çox kiçik, mikroskopda belə güclə görünən nüvəli mikroorqanizmlər aşkarladı.
2 ay bunun nə olduğunu tapmaq üçün kliniki laboratoriyalara sorğu göndərildi, bakteriologiya atlasına baxıldı, heç kim heç nə tapmadı. Nəhayət Şroytun kitabında bu mikroorqanizmin fotosu və təsnifatı tapıldı. Bu, möhkəm hüceyrə qatı olmayan nazik membrandan ibarət mikoplazma idi. Bu mikoplazma sürətlə şəkil dəyişərək, gah şara bənzər, gəh da soxulcan kimi uzanaraq, insan hüceyrəsinə daxil ola bilir. Buna heç bir bakteriya və viruslar qadir deyillər.
Şroytun kitabında ürək endokarditini yaradan digər kiçik səbəbkar da açıqlanıb: xlamidiya. Alimlərin bir qismi onu virus, digərləri göbələk adlandırır. Bu çox kiçik mikroorqanizm sərbəst olaraq istənilən orqanın hüceyrəsinə keçə bilir və onu içəridən yeyir. Simptomlarına görə onları ayırd etmək olmur.
Bundan sonra Kozmina hansısa xəstənin qanında mikroskop altında bu mikroorqanizmi tapır, dərhal ya mikoplazma, ya da xlamidiyadan şübhələnərək, həkimləri xəbərdar edir və müvafiq müalicə aparılır".
Bir dəfə də hamilə qadını günlərdir bitməyən titrətmə ilə xəstəxanaya gətirdilər. Həkimlər səbəbini tapa bilmirdilər. O zaman həmin laborant o qadının qanında da yumru və oval mikoplazmaya bənzər nəsə tapmışdı. Sonradan mərkəzi mikbiologiya laboratoriyasında onun trixomonad olduğunu dedilər.
Həqiqətən bu mikroorqanizmlər müxtəlif formalar alır və dianozdan yayınır. Klassik mikrobioloqların birinin kitabında yazılmışdı ki, trixomonadlar kiflərlə çoxalır. Axı kif ancaq göbələklərdə olur. Trixomonada isə qurddur. Amma həqiqətən də mikroorqanizmdən çıxan nazik sap kimi görüntülər var idi.
Əvvəlcə laborant gözlərinə inanmır: bəlkə bu pambıqdan qalıb, ya xəstənin geyimindən keçib. Ya da toz? Lakin sonradan araşdırma göstərib ki,bu saplar birhüceyrəli parazitlərdir. Deməli, trixomonadlar və mikoplazmalar eyni mexanizmlə işləyir və bunun üçün gəbələk mühiti yaranır.
Rəsmi tibb yalnız urogenital, yəni cinsiyyət orqanlarında trixomonadı qəbul edir. Lakin Lidiya Vasilyevna onu süd vəzilərində, başqa orqanlarda, qanda belə aşkarlamışdı.
Burdan belə aydın olur ki, trixomonada göbələk kimi çoxalır, kiflərlə yayılır və urogenital nahiyədən başqa, bütün orqanizm boyu "səyahətə çıxır".
Kozmina daha bir fakta diqqət çəkir: çox zaman yaşlı qadınların qanında xlamidiy və ureaplazma aşkarlanır. Onların cinsi yolla yoluxması mümkün deyildi, çünki intim həyatı illərdir yoxdur. Bəs bu veneretik xəstəlik bu yaşlıları hardan tapdı?
O zaman bu yaşlı qadınların daha gənclik illərinin xəstəlik və analiz tarixçəsini araşdırmaq lazım gəldi. Sənədlər göstərdi ki, onların analizlərində trixomonad aşkarlanıb.
Elə hesab edilirdi ki, onlarda müalicədən, dərmandan sonra bu parazitlər çoxdan ölüb. Amma indi analizlər göstərir ki,yox, heç nə ölməyib, bu parazitlər diridir, sadəcə formasını və taktikasını dəyişərək orqanizmin dərinliklərində gizləniblər.
Bəzi araşdırmalardan sonra bu qənaətə gəlindi ki, insanı gənc yaşda da, yaşlı vaxtda da xəstələndirən, tapılmayan diaqnozlarla üz-üzə qoyan, daxildən yeyən göbələklərdir. Bunlardan ən "vəhşisi" isə mikoplazma və trixomonaddır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1326   Tarix: 10 may 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

gelinlikler sac duzumleri maskalar vətən haqqında inşa moruğun faydasi qadın sağlamlıq cinsi mövzular kosmetika birlik haqqinda qaynana tanisliq pizza babasil