İnsanlar bu iki yaş dövründə birdən-birə qocalırlar

İnsanlar bu iki yaş dövründə birdən-birə qocalırlarSəhər yuxudan oyandığınız zaman güzgüyə baxarkən birdən-birə müəyyən qədər qocaldığınızı düşünə bilərsiniz. Alimlərin yeni araşdırmasına görə, bu ani qocalmalar müəyyən yaş dövrlərində baş verir.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə Stanford Universitetinin alimləri tədqiqat aparırlar.
Onlar yaşlanma ilə əlaqəli molekulyar dəyişiklikləri araşdırıblar. Nəticədə alzheimer və ürək-damar xəstəliklərində bu riskin tədricən deyil, müəyyən yaşdan sonra kəskin şəkildə artdığını müəyyən ediblər. Məlum olub ki, insanlar orta hesabla 44 və 60 yaşlarında iki əsas qırılma nöqtəsi yaşayırlar.
"Zamanla, yavaş-yavaş dəyişmirik. Biz həqiqətən təəccüblü dəyişikliklər görürük", - tədqiqatın baş müəllifi olan Maykl Snayder deyib.
Snayder və onun həmkarları əsasən qocalma ilə gələn xəstəlikləri yüngülləşdirmək və mümkünsə müalicə etmək üçün bu tədqiqatı aparır. Bu məqsədlə 108 yetkin şəxs illər ərzində bir neçə aydan bir bioloji nümunələr bağışlayıb.
Hər bir iştirakçı 626 gün ərzində orta hesabla 47 nümunə təqdim edib. Bu, tədqiqatçıların araşdırma şansı əldə etdiyi 246 milyarddan çox məlumat nöqtəsi deməkdir.
Tədqiq etdikləri bütün molekulların təxminən 81 faizi bu mərhələlərin birində və ya hər ikisində dəyişikliklər göstərib. Dəyişikliklər bir qədər fərqli olmaqla, 40 və 60 yaş aralığında pik həddə çatır.
İlk zirvə 40-lı yaşlarda, adətən qadınlar menopoz və ya perimenopauzaya girməyə başlayanda olur. 60-lı yaşların əvvəlləri isə pik karbohidrat və kofein mübadiləsi, ürək-damar xəstəlikləri, dəri və əzələlər, immun tənzimlənməsi və böyrək funksiyası ilə əlaqələndirilir.
Hazırda davam edən tədqiqatlar gələcəkdə insan bədəninin zamanla necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edə bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1666   Tarix: 01 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

makiyaj instagram kosmetoloq geyim dəbləri keks reseptləri gündəlik bürclər roya ayxan orqazm kosmetika insan həmidə qaynanaya aid fitat sac modelleri