İnsanların dörddə birini romantik tanışları izləyir

İnsanların dörddə birini romantik tanışları izləyir"Kaspersky"nin apardığı qlobal sorğuda iştirak edənlərin demək olar ki hər dörd nəfərindən biri (23%) yeni romantik tanışı tərəfindən onlayn təcavüzün bu və ya digər forması ilə üzləşib.
Milli.Az lent.az-a istinadən bildirir ki, məsələn, respondentlərin 16%-i xoşagəlməz və ya narahatedici elektron məktublar və ya mesajlar alıb, digər 13%-i isə icazəsiz foto və ya lentə alındıqlarını bildiriblər.
Respondentlərin 10%-i qeyd edib ki, yeni romantik tanışı onun yerləşdiyi məkanı izləyib və ya sosial şəbəkə və ya e-poçt hesablarını sındırıb. Digər 7% isə bildirib ki, cihazlarındakı "stalker" proqramları - məişət zorakılığının təşəbbüskarı kimi də istifadə edilməklə gizli təqib və şəxsi həyata müdaxilə üçün tez-tez tətbiq olunan kommersiya proqramları - onların razılığı olmadan quraşdırılıb.
Eyni zamanda insanların üçdə birindən çoxu (34%) yenicə romantik münasibətə başladıqları insanların adlarını axtarış sistemlərində yazmağı və ya sosial şəbəkələrdə onların səhifələrini axtarmağı məqbul hesab edirlər. Sorğunun nəticələrinə görə, 41% bunu yeni romantik münasibətdə ilk addımlarını atmağa başlayanda edib. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin fikrincə, rəqəmsal təhlilin bu formaları yeni romantik tərəfdaşla görüş nəticəsində meydana çıxa biləcək mümkün xoşagəlməz nəticələrin riskini azaltmaq üçün sağlam düşüncəli yanaşmadır.
"İnternetin inkişafı ilə həyatımızın getdikcə daha çox hissəsi, o cümlədən tanışlıq onlayn formata keçir. Bir çoxları üçün bu variant hətta daha çox üstünlük təşkil etməyə başlayıb, bu cür xidmətlər sosial əhatəni çox genişləndirmək imkanı verir. Bununla belə, riskləri də yaddan çıxarmamaq lazımdır. Xüsusilə, istifadəçilər yad şəxslərlə özləri haqqında böyük həcmdə məlumat paylaşmaqla təhdidlərə qarşı kövrək ol bilərlər. Məhz buna görə şəxsi məlumatları açıqlamazdan əvvəl yüz ölçüb bir biçməyi tövsiyə edirik. Bu məlumatların sizə qarşı necə istifadə edilə biləcəyi barədə öncədən düşünmək və yeni tanışların təcili pul köçürmək və ya şübhəli saytlara yönəldən linklərə daxil olmaq barədə şübhəli istəklərinə tənqidi yanaşmaq lazımdır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.  
Onlayn təqibdən qorunmaq üçün Kaspersky tövsiyə edir:
•    hesablarınızın hər biri üçün fərqli mürəkkəb, unikal şifrələrdən istifadə edin və onları heç kimlə paylaşmayın;
•    İnternetdə yad şəxslərin mesajlarına tənqidi yanaşın və hər hansı bir şübhə yarandıqda söhbəti dərhal dayandırın;
•    mümkün olduqda, onlayn tanışlıq xidmətlərinə və digər proqramlara yalnız onların işləməsi üçün zəruri olan məlumatlara çıxış imkanı təqdim edin;
•    yazışmalarda özünüz haqqında çoxlu məlumat verməyin, məsələn, ünvanınız, iş yeriniz, şəxsi xarakterli fotoşəkillər və videolarınızı göndərməyin. Görüşü daimi yaşayış yeriniz və ya iş yerinizdən uzaq ictimai yerdə baş tutması üçün təyin etmək daha yaxşı olar. Həmçinin, tanımadığınız insanlara sizi evinizə aparmağa və ya taksi çağırmaq üçün ünvanınızı öyrənməyə icazə verməyin.
Kaspersky "stalker" proqramları ilə fəal mübarizə aparır. Məsələn, şirkət sənayedə ilk olaraq mümkün risklərin təsviri ilə cihazda kommersiya təqib proqramının aşkarlanması barədə bildiriş funksiyasından istifadə etməyi təklif edib - bu, hazırda Android cihazları üçün Kaspersky həllində tətbiq olunur. Həmçinin, Kaspersky xüsusilə İnterpol tərəfindən dəstəklənən Stalker Proqramları ilə Mübarizə Koalisiyanın təsisçilərindən biridir. Bundan əlavə, xüsusilə məişət zorakılığı qurbanlarına kömək edən qeyri-kommersiya təşkilatları üçün Kaspersky-nin Təhidlərin Qlobal Tədqiqatı və Təhlili Mərkəzinin (GReAT) mütəxəssisləri rəqəmsal təqiblə mübarizə aparmaq üçün pulsuz, açıq mənbəli TinyCheck yardım proqramını işləyib hazırlayıblar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1679   Tarix: 15 fevral 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

turlar.az

qaşların formalari makiyaj etmek qaydalari yay geyimləri 2026 quru deri ucun maska ət yeməkləri boşanma səbəbləri döşləri necə böyütmək olar kosmetika dostluq öpüşme oglaq xanım az baldiza aid hakisda