İntim münasibət və sevgi haqqında sübut olunmuş - 14 PSİXOLOJİ FAKT

İntim münasibət və sevgi haqqında sübut olunmuş - 14 PSİXOLOJİ FAKTMəhəbbət - hələ də tam dəqiqliyi ilə açılmayan gözəl duyğudur. Bütün yaradıcı insanlar ona bir cür tərif verib.

Publika.az isə bu gün oxucuları psixoloqların sevgi haqqında sübuta yetirilmiş ən maraqlı fikri ilə tanış edib.

1. Yaxşı yumor hissi olan adamlar adətən ağıllı, tərbiyəli və namuslu olur. Qadınların və kişilərin ən pis vəziyyətdə onu güldürən, əhvalanı qaldıran adamlar axtarmasının səbəbi də budur.

2. Gülüş əsl xoşbəxtlik iksiridir. O, beyində xoşbəxtlik hormonlarının ifraz olunmasına kömək edir, əzələ gərginliyini aradan qaldır, stressi götürür, o cümlədən qorxu və həyəcanı azaldır. Birlikdə deyib gülən cütlüklərin münasibətləri daha sağlam olur. Yeri gəlmişkən, tez-tez gülən insanların səhhəti də yaxşı olur. Bu da oksitosin hormonlarının ən yüksək səviyyədə olması ilə əlaqəlidir. Oksitosin adlanan hormon əsasən seks zamanı ifraz olunur və bu hormon ağrı sakitləşdirən endorfinin təsiri altında formalaşır.

3. İdmanla məşğul olmayan insanlar demək olar ki, həmişə zahiri görkəmi ilə qarşı tərəfi cəlb etmirlər. Burada məsələ qadının gözəl, kişinin isə yaraşıqlı olmasından getmir, söhbət insanın özünə göstərdiyi qayğıdan gedir.

4. Qucaqlaşmaq ən yaxşı təbii antidepressandır. İki adam qucaqlaşanda beyində miqreni ən az 4 saat yüngülləşdirməyə kömək edən oksitosin hormonları istehsal olunmağa başlayır.

5. Münasibətlərin ilk 3-5 ayında ayrılma ehtimalı daha yüksək olur.

6. Nazik, məlahətli səsi olan qadınlar kişiləri daha çox cəlb edir.

7. Heç olmasa qısa müddətdə təkbətək qalmaq üçün vaxt ayırmaq münasibətləri möhkəmləndirir. Heç bir telefon, heç bir qədjetdən istifadə etməyin, xüsusilə yatanda. Bu vaxtı yalnız özünüz üçün istifadə edin. Hətta 20 dəqiqə olsa belə, hətta sakitlikdə sadəcə otursanız belə, texniki cihazlardan uzaq olun.

8. Dostların olması çox vacib amildir. Dostları olan insanlar daha ünsiyyətcil, cəlbedici və arzuolunan hesab edilir.

9. Münasibətlərdə ən böyük həyəcan siqnallarından biri də iki insanın müəyyən qədər birlikdə sakitcə otura bilməməsidir. Sizə susanda da rahat olmalıdır.

10. Sекs çox təcrübə tələb edir. İllər keçdikcə o daha yaxşı olur, amma bunun üçün çalışmaq lazımdır. Onunla xüsusi istək olmayan vaxtlarda da məşğul olmaq vacibdir. Bu, tərəf müqabiliniz ilə daha dərin əlaqə yaradır və bir-birini komfort zonasından kənarda öyrənməyə kömək edir.

11. İnsana kompliment deyəndə adı ilə çağırmaq 70% uğur vəd edir. Araşdırmalar göstərib ki, yaxşı işin nəticəsində öz adını eşidən adamlar özlərini daha yaxşı hiss edirlər.

12. Həddən artıq istehzalı davranış münasibətləri poza bilər.

13. Ən yaxşı münasibətlər dəyişiklikləri, uğursuzluğu və inkişafı bütün həyatınıza nəzarət etməyə çalışmadan qəbul edən insanlarla baş tutur.

14. Bədən dili yalan danışmır. Məsələn, ayaqların hansı istiqamətdə və necə dayanması kimin kimlə maraqlanmasının yaxşı göstəricisidir. Bu üsul xüsusən böyük qruplarda düz işləyir.

Maraqlı     Baxılıb: 5654   Tarix: 15 iyun 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

turlar.az

donlar 2026 toy makiyajlari qaşların formalari alin yazisi xanim qafarova düz qarın agil haqqinda atalar sözləri hamiləliyə hazırlıq kosmetika kondom nedir usaq seirleri turpun nağlı porno sağlamlığın sirleri