İpoteka krediti almaq istəyənlərə ŞAD XƏBƏR

İpoteka krediti almaq istəyənlərə ŞAD XƏBƏRAzərbaycanda effektiv ipoteka bazarı yaradılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Qeyd olunur ki, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq. "Azərbaycan İpoteka Fondu" (AİF) ASC, "Mənzil İnşaatı Dövlət Agentliyi" (MİDA) MMC və maliyyə sektorunda fəaliyyət göstərən müvafiq qurumlar tələb edilən dəyişikliklərin layihəsinin hazırlanmasında əməkdaşlıq edəcəklər.

Yol xəritəsində bildirilir ki, uyğun qiymətə mənzil təminatı layihəsinin benefisiarlarının ipoteka kreditlərindən istifadəsinə dövlət dəstəyinin və koordinasiyasının təmin edilməsi üçün AİF və "MİDA" MMC arasında sıx əməkdaşlıq qurulacaq. Uyğun qiymətə mənzil təminatı üçün nəzərdə tutulan ipoteka krediti məhsulları həmin mənzillərin qiymətini, ipoteka kreditinin maksimum məbləğini və ilkin ödənişin minimum məbləğini özündə əks etdirəcək. İpoteka kreditlərinin verilməsi üçün nəzərdə tutulan inzibati proseslər sistemin səmərəliliyinin təmin edilməsi üçün yenilənəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycanda uyğun qiymətə mənzil təminatı bazarının inkişaf etdirilməsi üçün bu strateji yol xəritəsi əsasında fəaliyyət göstərəcək. Dövlət təşəbbüslərinin həyata keçirilməsi üçün nəzərdə tutulan mexanizmlərə torpaq sahələrinə təminatın verilməsi, tikinti işlərinin qiymət baxımından əlverişliliyinin təmin edilməsi, benefisiarların müəyyən edilməsi, tərəfdaşlıqların qurulması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması daxil ediləcək.

Azərbaycanda ödənilməyən ipoteka kreditinin qeyri-neft sektoru üzrə ÜDM-də xüsusi çəkisi və əhalinin ipoteka kreditindən istifadə səviyyəsi digər ölkələrlə müqayisədə aşağıdır. Ona görə də ölkədə ailələrin müxtəlif gəlir səviyyələrinə uyğun kredit təklif edən ipoteka bazarının inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.

İpoteka krediti alan şəxslərin gəlirlərini bölüşdürdükdə belə nəticəyə gəlmək olar ki, belə kreditləri alan ortagəlirli sakinlərin sayı azdır. Faktiki olaraq, ipoteka krediti alan şəxslərin 8 faizinin aylıq məvacibi 500 manatdan aşağıdır. İpoteka krediti alanlar arasında ən böyük qrup isə aylıq məvacibi 1100 manatdan yuxarı olanlardır.

Bakı şəhərində verilmiş ipoteka kreditinin maksimum məbləği 50 min manatdır. Digər rayonlarda isə bu rəqəm 27 min manat təşkil edib.

Azərbaycan vətəndaşlarına 2007-ci ildən etibarən təxminən 18 min ipoteka krediti verilib.

2017-ci ildə ipoteka bazarının inkişafı istiqamətində tədbirlər görülməsi üçün tələb olunan ilkin şərtlərin və qanunvericiliyə ediləcək dəyişikliklərin müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilməsi və dəyişikliklərin dərc edilməsi nəzərdə tutulur. AİF müvafiq tərəfdaşların nümayəndələrindən (Mənzil İnşaatı Dövlət Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi, özəl banklar və digər müvafiq tərəflər) ibarət işçi qrupla birlikdə araşdırma apararaq ipoteka bazarının inkişafı üçün normativ hüquqi baza üzrə müvafiq dəyişikliklərlə bağlı təkliflər hazırlayacaq. Həmin təkliflərə daşınmaz əmlak girovunun likvidləşdirilməsi üçün hüquqi bazanın və qeydiyyat sisteminin gücləndirilməsi, mənzillərin daha yaxşı qiymətləndirilməsi üçün ipoteka və mənzil bazarının statistik məlumat bazasının yaradılması, kadastr sisteminin mərkəzləşdirilməsi və elektronlaşdırılması (bu layihə hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir), kredit standartlarının müəyyən edilməsi, məlumatların idarə edilməsi üçün infrastrukturun yaradılması, ipoteka istiqrazlarının reytinqinin yüksəldilməsi və pensiya fondlarının inkişafına dəstək göstərilməsi daxil ediləcək.

Həmçinin gələn il AİF ilə Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlığın və tərəfdaşlığın yaradılması üçün qanunvericilik bazası təkmilləşdiriləcək.

Eləcə də ipoteka kreditinin verilməsi qaydalarına "MİDA" MMC-nin benefisiarlarının seçilməsi ilə bağlı meyarlar daxil ediləcək. "MİDA" MMC və AİF Azərbaycanın ipoteka bazarının inkişafı məqsədilə vətəndaşların üç istiqamət üzrə (daşınmaz əmlakın dəyəri, faiz dərəcələri və inzibati proses) seçilməsi meyarlarını genişləndirmək imkanlarını birgə nəzərdən keçirəcəklər.

Effektiv ipoteka bazarının yaradılması, demək olar ki, "MİDA" MMC tərəfindən həyata keçirilən layihələrdə iştirak edən bütün benefisiarların ipoteka krediti sistemindən istifadə etməsinə şərait yaradacaq. Bunun 2020-ci ildə real ÜDM-ə təsirin təxminən 9 milyon manat olacağı proqnozlaşdırılır.

Bu prioritet üzrə tələb olunan investisiyanın həcmi 1.2-ci prioritet üzrə investisiya tələbində nəzərə alınıb

Xəbərlər     Baxılıb: 2432   Tarix: 26 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

yay geyimləri 2026 maskalar qadin dunyasi 2026 yay ayaqqabilari yataqda seks pustenin faydalari keks reseptləri kosmetika damla sac modelleri zəhmət hesaplama gözellik