İslam leriklilərdən üzr istədi - "Qələt eləmişəm"
Aktyor İslam Mehrəliyev 10 il bundan əvvəl "Zarafatsız" proqramında yayımlanan sujetinə görə tənqid edilib.
Axşam.az-ın məlumatına görə, İslamın Leriklə bağlı dediyi sözlər lerikliləri qəzəbləndirib. Görüntü sosial şəbəkədə paylaşılaraq müzakirələrə səbəb olub.
Mehrəliyev "5/5" verilişinə gələrək leriklilərdən üzr istəyib:
"Azərbaycanın aktyoruyam, Lerik də ölkəmizin bir parçasıdır. Bizim operatorumuz, ssenaristimiz Lerikdəndir. Nə bilim ki, 10 ildən sonra bu, mənim başımda partlayacaq.
Heç kəsi təhqir etməmişəm. Üzümü Lerik camaatına tuturam. Əgər məni pis başa düşmüsünüzsə, artıq dərəcədə üzr istəyirəm. Vallah, təhqir etməmişəm. "Qələt elə" səhv deməkdir, lap qələt eləmişəm.
Öz sənətimizin içində olan insanlar gözügötürməməzlikdən bunu ortaya atıblar".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin