İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhət

İşləyən ana və övlad münasibətləri - 9 ən vacib məsləhətUşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər.
Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz.  Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil.  Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?
Milli.Az valideyn.az-a istinadən bildirir ki, 0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın  övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.
Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.
Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar?  Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?
Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:
- Aqressivlik
- Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən  etməsi
- Siz işə gedərkən ağlaması
- Siz evə gələrkən ağlaması
- Yemək yemə zamanı kaprizləri
- Qısqanclığı və s.
Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.
- İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona  izah edin.
- İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.
- İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.
- İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə  önəm verin.
- Suallar verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə  bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.
- Diqqətinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.
- Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.
- Yuxu zamanında nağıl danışın.
- Həftəsonlarını  gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2056   Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

toy makiyaji sekilleri qaşların formalari gozel gorunmek asan ariqlamagin yollari muslim somen beautiful sanamalar usaq otagi dizaynlari kosmetika vətən həsrəti novruz hakıştası ikizler vətən haqqında atalar sözləri ana haqqinda bayati