İspan qripi təcrübəsi: Karantin tədbirləri nə qədər sərt olarsa, iqtisadiyyat bir o qədər tez bərpa olar

İspan qripi təcrübəsi: Karantin tədbirləri nə qədər sərt olarsa, iqtisadiyyat bir o qədər tez bərpa olarBir çoxlarının fikirlərinə əsasən koronavirus ilə mübarizə çərçivəsində tətbiq edilən sərt karantin tədbirləri nəticədə ciddi iqtisadi fəsadlara gətirib çıxardacaq. Lakin vaxtı ikən ABŞ-da da yayılmış ispan qripi barəsində məlumatların analizl onu göstərir ki, daha tez karantin tətbiq edən və onu uzun müddət saxlayan şəhərlər böhrandan daha tez çıxıblar. Bu barədə Hightech.plus saytı xəbər verib. Yeni koronavirusun pandemiyasına cavab olaraq dünyanın bir çox ölkələri sərt karantin tədbirlərini reallaşdırırlar. Bu cür qərar xəstəliyin yayılmasının qarşısını ala və səhiyyə sisteminin üzərinə düşən yükü azalda bilər. Lakin belə sərt karantin tədbirlərinin mənfi cəhətləri ondan ibarətdir ki, onlar iqtisadiyyata ciddi zərbə vururlar.
Buna görə də heç təəccüblü deyil ki, bir çoxları epidemiyaya qarşı mübarizə ilə iqtisadiyyatın dəstəklənməsi arasındakı güzəştin vacibliyindən danışırlar. Massaçusets Texnoloji İnstitutunun mütəxəssislərinin yeni tədqiqatları onu göstərir ki, yayılan bu fikir yalan dilemmadır. 1918-1919-cu illərdə ABŞ-dakı ispan qripi üzrə məlumatları analiz edəndən sonra məlum olub ki, virus ilə daha sərt şəkildə mübarizə aparmış şəhərlər pandemiyadan sonra daha sürətli iqtisadi yüksəliş sərgiləyiblər. Tədqiqatın müəllifləri qeyd ediblər ki, ispan qripinin sərt yayılması ilə qarşılaşmış şəhərlər iqtisadi aktivlik göstəricilərinin daha sürətli enişini sərgiləyirdilər.
Bura həmçinin istehsalat həcmi, bank kreditləri və insanların işlərə cəlb olunmaları da daxil idi. Pandemiyanın bitməsindəən sonra isə şəhərlər çətinliklə bərpa olunurdular. Bununla belə sərt karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını alır və sürətli iqtisadi yüksəliş üçün təməl yaradırdı. Məsələn digər şəhərlərdən fərqli olaraq karantin tədbirlərinin 10 gün daha tez reallaşdırıldığı şəhərlərin iqtisadiyyatları növbəti 5 ildə 5% daha sürətlə yüksəlirdi. Bundan əlavə olaraq 50 gün müddətinə sosial məhdudlaşdırılma öz növbəsində insanların istehsalata cəlb olunmaqlarını 6.5% yüksəltmişdi. 60 gündən az müddət ərzində karantin saxlamış şəhərlər bank sektorunda ciddi problemlər il qarşılaşırdılar.
100 il bundan öncə pandemiya ilə sərt mübarizə aparmış ABŞ şəhərləri öz iqtisadiyyatlarını sürətli şəkildə bərpa etdilər. Müəlliflər etiraf edirlər ki, 100 il ərzində iqtisadiyyatın strukturu dəyişib. Məsələn istehsalat payı azalıb, lakin xidmət sahələrinin payı artıb. Bundan əlavə olaraq ispan qripi əmək qabiliyyəti olan insanlar üçün ölümcül idi. COVID-19 isə əsasən yaşlı şəxslər üçün ölümcül olur. Buna baxmayaraq tədqiqatçılar güman edirlər ki, ispan qripi pandemiyası çərçivəsində əldə edilmiş nəticə bugün üçün də keçərlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1694   Tarix: 04 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim seçimi qaşların formalari gozel gorunmek vaginal təmizlik anaya aid atalar sozu encir murebbesi xercengden qoruyan qidalar kosmetika sevda hesaplama hekaye janri rus dilini öyrənək rus dili