İstanbul terrorçusunun mobil telefonundan elə bir şey çıxdı ki...

Yeni il gecəsində İstanbulun "Reina" gecə klubunu qana bulayan terrorçuyla bağlı yeni ipucları ortaya çıxır. Başakşehirdə bir mənzildə qalan terrorçunun o gecə Zeytinburnunda bir görüş sonrası Ortaköyə getdiyi, terrordan sonra da 4 taksi dəyişdirib, yenidən Zeytinburnuna döndüyü müəyyən edilib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İŞİD-ə işarə edən ilk məlumatların ardından yeni ipucları əldə edilməyə başlanılıb.

İstintaq çərçivəsində İstanbul Təhlükəsizlik İdrəsi Terrorla Mübarizə şöbəsində yaradılan kamera izləmə qrupu kod adı "Əbu Məhəmməd Xorasani" olan, ancaq əsl adı hələ dəqiqləşdirilməyən terrorçunun şəhərdə hərəkət müddətini ortaya çıxarıb.

Terror sonrası 4 dəfə taksi dəyişdirən terrorçu əvvəl "Reina"dan 5 dəqiqəlik məsafədə yerləşən ərazidə avtomobildən enib, gecəqonduların arasıyla sahilə doğru hadisə yerindən uzaqlaşıb. Ardından "Zincirlikuyu" metro stansiyasına gələn terrorçu sonda Zeytinburnu Muratpaşadakı bir kafeyə daxil olub. "Əbu Məhəmməd Xorasani" gecəni bu kafedə keçirib.

Polis buraya qədər terrorçunun hərəkət istiqamətini müəyyən edib. Ancaq ertəsi gün terrorçu izi itirməyi bacarıb.

Səhər saat 10 radələrində kafedən çıxan terrorçu şəxsiyyəti təyin edilməyən bir şəxslə kafe qarşısında görüşüb. Sonra onların yanına üçüncü naməlum şəxs də bir avtomobillə gəlib. Terrorçu həmin an birinci görüşdüyü şəxsdən ayrılıb, avtomobillə gələn adamla birlikdə avtomobilə minib izini itirib.

Mobil telefonundakı ad

Bu vaxt polis "Əbu Məhəmməd Xorasani"nin istifadə etdiyi mobil telefonundakı məlumatları əldə edə bilib. Telefon qeydlərində edilən araşdırmada tanış bir ismə rast gəlinib. Bu ad, "Tacik İlyas" kod adını istifadə edən Məhəmməd Kərimdi. Özbək mənşəli Məhəmməd Kərim dekabr ayının əvvəlində İstanbul Polis İdarəsi tərəfindən saxlanılmışdı.

Telefondakı digər bir qeydin isə İŞİD daxilində əhəmiyyətli bir şəxs hesab edilən və yalnız "Müəllim Aka" kod adından istifadə edən şəxsin köməkçisi, "Yusuf" kod adlı İlyas Mamaşaripov olduğu təyin olunub. İlyas Mamaşaripov İstanbul Polis İdarəsi tərəfindən Ortaköy terrorundan sonra saxlanılıb.

Mamaşaripovun etdiyi ilk açıqlamada "Reina"nı qana bulayan terrorçunun kod adı ortaya çıxıb. Məlum olub ki, o, ərəb, rus və özbək dilində danışmağı bacarır.

İstintaq çərçivəsində əhəmiyyətli bir məlumat da əldə edilib. Polisin araşdırması nəticəsində terrorçu "Əbu Məhəmməd Xorasani"nin bir müddət Pakistanın Livara şəhərində yaşadığı ortaya çıxıb. Oradan İrana keçib. İranda tutulan terrorçu bir müddət sonra həbsdən qaçmağı bacarıb. "Xorasani" daha sonra qaçaqmalçıların köməyilə Ağrı tərəfdən qeyri-qanuni yolla Türkiyəyə daxil olub.

İstanbulda bir müddət Sefaköydə yaşadığı bildirilən terrorçunun eyni zamanda İŞİD-lə əlaqəli olan şəxslərə dərs keçdiyi bildirilir. Xarici əsilli şəxslərin də qatıldığı ifadə edilən bu dərslər üçün WhatsApp və Telegram vasitəsi ilə qruplar yaratdıqları da deyilir.

Qanlı gecədən sonra terrorçunun yoxa çıxması böyük müzakirələrə səbəb olub.

Daxili işlər naziri Süleyman Soylu və ümumi təhlükəsizlik naziri Selami Altınok istintaq prosesini çox yaxından izləyirlər.
İstanbul terrorçusunun mobil telefonundan elə bir şey çıxdı ki...İstanbul terrorçusunun mobil telefonundan elə bir şey çıxdı ki...İstanbul terrorçusunun mobil telefonundan elə bir şey çıxdı ki...İstanbul terrorçusunun mobil telefonundan elə bir şey çıxdı ki...

Xəbərlər     Baxılıb: 1287   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Kişilərdə belin ölçüsü 100 sm-ə çatdısa cinsi zəiflik başlayır - DİQQƏT

Kişilərdə cinsi istəksizlik və zəifliyin səbəblərindən biri fiziki aktivsizlik, stress hormonunun qanda çox olması və qan qatılığıdır. -a istinadən xəbər verir ki, uroloq Andrey Smernitskiy dərmansız bu problemlərdən çıxı

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Səhər yeməyindən əvvəl idman edin, yoxsa

Səhər yeməyindən əvvəl idman etmək daha sürətli arıqlamağa kömək edir.   -a istinadən bildirir ki, səhər saat 7-9 arasında acqarına fiziki fəaliyyət sürətli və effektiv arıqlamağı təmin edir. . Səhər yeməyində hansı qidala

.

Kişilər niyə evlənmək istəmir? - Ən ümumi səbəblər

Hər iki cinsin davranışının dəyişməsinə baxmayaraq, evliliyə münasibət faktiki olaraq eyni olaraq qalıb. Qadınlar əksər hallarda evliliyə və güclü münasibətlərin yaradılmasını istəyirlər.   -a istinadən xəbər verir ki, mütəxəssisləri

.

15 gündə qarın piyini əridən içki

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

.

Ürək üçün qüvvətləndirici çaylar hansılardır?

Ürəyə içkilər faydalıdırmı, təsir edirmi? Bəli, qida kimi bəzi içkilər də vacibdir. -a istinadən xəbər verir ki, məşhur həkim Yelena Malışeva ürək üçün 3 faydalı içkini açıqlayıb. "Mənim sevimli smuzim: qaragilə, ispanaq

turlar.az

sonxeber.az qaşların formalari kosmetoloq reseptler kelem tutmasinin hazirlanmasi cemli piroq hicab haqqinda uşağın sağlamlığı kosmetika geyim intim munasibetler vidyolar laylalar burclər