"İstəmirəm övladlarım anasız qalsın" – Faciəvi şəkildə ölən dönərçinin xanımından ürək DAĞLAYAN SÖZLƏR (FOTOLAR)

Ülkər Həsənova: "Dəfələrlə Mingəçevir İcra Hakimiyyhətinə müraciət etmişəm. Heç bir köməklik göstərilməyib"

Bir neçə ay əvvəl Mingəçevir sakini 31 yaşlı dönərçi Anar Həsənlini elektrik cərəyanı vuraraq faciəvi şəkildə ölməsi barədə xəbər vermişdik.

Mərhumun xanımı Ülkər Həsənova Unikal.org-a müraciət edərək 3 körpə övladı ilə birgə çox acınacaqlı durumda olduqlarını bildirib. O, qeyd edib ki, ölümündən sonra yoldaşının çalışdığı nə "Elit" kafesinin rəhbərliyi, nə də dönər aparatını təmir etməyə getdiyi və dünyasını dəyişdiyi "Bakı" kafesinin rəhbərliyi onunla maralaqlanıb və başsağlığı belə verməyiblər: "Anarın 3 körpə övladı atasız qaldı. Hadisədən sonra heç bir kafenin rəhbərliyi başsağlığı belə vermədi. Hazırda övladlarımla Mingəçevirdə kirayədə yaşayıram. Çox acınacaqlı vəziyyətdəyəm. Gözdən əlil olduğum üçün işləyib övladlarıma çörək pulu belə qazana bilmirəm. İstəmirəm ki, övladlarımz anasız qalsın. Dəfələrlə Mingəçevir İcra Hakimiyyhətinə müraciət etmişəm. Heç bir köməklik göstərilməyib. Gözümə eynək almağa belə imkanım yoxdur. Çox çarəsiz durumdayam. Dövlət qurumlarından, Mingəçevirin millət vəkilindən ailə başçısını itirmiş, çarəsiz vəziyyətdə olan 3 övlad anasına, Azərbaycan xanımına köməklik göstərməklərini xahiş edirəm. Bu ayın axırı evin kira pulunu verməsəm məni çölə atacaqlar və azyaşlı övladlarımla küçədə qalmalı olacağam".

Ü. Həsənova yoldaşının ölümü ilə bağlı cinayət işi açıldığını və prokurorluqda ifadə verdiyini bildirib: "İşə Mingəçevir prokurorluğunda baxılır. İstintaqda ifadə vermişəm. Ekspertizanın rəyini oxumuşam, ancaq məni qane etməyib. Anarı dönər aparatını təmir etmək üçün çağıran iki nəfərdən şikayət etmişəm. Hadisə onların məsuliyyətsizliyi ucbatından baş verib. Anar dönər aparatını yoxlayarkən yadlarından çıxıb dönər aparatını cərəyandan ayırmayıblar. Nəticədə yoldaşımı cərəyan vurub öldürüb".
"İstəmirəm övladlarım anasız qalsın" – Faciəvi şəkildə ölən dönərçinin xanımından ürək DAĞLAYAN SÖZLƏR (FOTOLAR)"İstəmirəm övladlarım anasız qalsın" – Faciəvi şəkildə ölən dönərçinin xanımından ürək DAĞLAYAN SÖZLƏR (FOTOLAR)"İstəmirəm övladlarım anasız qalsın" – Faciəvi şəkildə ölən dönərçinin xanımından ürək DAĞLAYAN SÖZLƏR (FOTOLAR)"İstəmirəm övladlarım anasız qalsın" – Faciəvi şəkildə ölən dönərçinin xanımından ürək DAĞLAYAN SÖZLƏR (FOTOLAR)

Xəbərlər     Baxılıb: 1745   Tarix: 23 iyun 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

adlarin menasi maskalar kosmetika mehsullari klyos donlar 2026 maraqlı faktlar bilinçik resepti plov reseptləri kosmetika nağıllar baliq veten tanisliq əfsanələr