İsti su içməyin İNANILMAZ FAYDALARI üzə çıxdı

İsti su içməyin İNANILMAZ FAYDALARI üzə çıxdıSağlam qalmaq üçün gündə ən az 2 litr su içməyin vacib olduğunu bilirik. Amma əksər insanlar soyuq su içməyə üstünlük verir. Araşdırmalar isə göstərir ki, isti su soyuq su içməkdən daha faydalıdır. İsti suyun dərəcəsi insan sağlamlığı üçün təhlükə yaradacaq dərəcədə olmamalıdır.
Milli.Az isti su içməyin orqanizm üçün 12 faydasını təqdim edir:
1. Arıqladır
Əgər 3-5 kilo arıqlamaq istəyirsinizsə, isti suyun sizə inanılmaz köməyi olacaq. Bunun üçün günə içinə bir az limon sıxılmış isti su içərək başlayın. İsti su maddələr mübadiləsini sürətləndirməklə yanaşı yağ toxumalarının parçalanmasına da kömək edəcək.
2. Burun və boğazı təmizləyir
İsti su içmək soyuqlama zamanı, öskürək və boğaz ağrısından xilas olmaq üçün ən mükəmməl təbii üsuldur. Bəlğəmi təmizləyir və bədəndən atılmasını asanlaşdırır. Həmçinin burnun tez-tez tutulmasının qarşısını alır.
3. Mensturasiya sancılarından xilas edir
İsti su mensturasiya sancılarının azalmasına kömək edir. İsti suyun qadının qarın əzələlərinə sakitləşdirici təsiri var. İsti su spazmları da aradan qaldırı və bu dövrü daha rahat keçirməyinizə səbəb olur.
4. Detoks effekti verir
İsti su orqanizmi təmizləmək üçün ideal vasitədir. Detoks etmək istəyirsinizsə, mütləq isti su içməlisiniz. İsti su içdikdə bədən istiliyiniz yüksəlməyə başlayır ki, bu da tərləməyinizə səbəb olur. Bu zaman bədəndəki toksinlər atılır. Ən yaxşı nəticə üçün içmədən əvvəl suya bir-iki dilim limon sıxın.
5. Erkən yaşlanmanın qarşısını alır
Toksinlər insanın daha tez qocalmasına səbəb olur. İsti su isə toksinlərin atılmasına səbəb olmaqla yanaşı elastikliyi azalmış dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir. Beləliklə, dəriniz daha gənc və yumşaq görünər.
6. Sızanaqlar və qara nöqtələri önləyir
İsti su bədəni və dərini təmizləyər, beləliklə, sızanaq və qara nöqtələrin meydana gəlməsinin əsas səbəblərini aradan qaldırar.
7. Sağlam saçlara qovuşdurur
İsti su içmək həmçinin yumşaq və parlaq saçlara sahib olmaq üçün də idealdır. Bol-bol isti su içdikdə saç köklərindəki sinir ucları aktiv hala gəlir. Bu da saçlarınızın təbii parlaqlığını əks etdirib, daha sağlam görünməsinə təsir edir.
8. Daha uzun saçlar
İsti su içərək saç köklərinizin daha aktiv fəaliyyətdə olmasına kömək edə bilərsiniz. Beləliklə, saçlarınız daha tez uzanacaq və daha gur olacaq.
9. Kəpəkdən birdəfəlik xilas edir
İsti su içdikdə saç dəriniz daha çox nəmlənir. Bu da dərinin qurumasının və kəpəyin əmələ gəlməsinin qarşısını alır.
10. Qan dövranını sürətləndirir və sinir sistemini gücləndirir
İsti su içmək əzələlərin və sinir sisteminin daha yaxşı işləməsi üçün əhəmiyyətlidir. Çünki qan dövranını sürətləndirir və yağ təbəqələrini parçalayır. Həmçinin, sinir sisteminizi möhkəmləndirir.
11. Həzm sistemini yaxşılaşdırır
İsti su xüsusilə də həzm üçün çox faydalıdır. Tədqiqatlar yemək zamanı və ya yeməklərdən sonra soyuq su içməyin qəbul edilən qidalardakı yağı sərtləşdirdiyini ortaya çıxarıb. Bu bağırsaqlarınızın iç divarlarında yağ təbəqələrinin meydana gəlməsinə və bağırsaq xərçənginə səbəb ola bilər. Ancaq soyuq su əvəzinə isti su içsəniz, bu problemlə qarşı-qarşıya qalmazsınız. İsti su həm də yeməklərdən sonra baş verən həzmsizlik problemlərinə də yaxşı təsir göstərir.
12. Bağırsaqların fəaliyyətini yaxşılaşdırır
İsti su bağırsaqların yaxşı işləməsinə səbəb olur. Bu da sizi spazmalardan xilas edir. Səhərlər acqarına bir stəkan isti və ya ilıq su içmək bağırsaqların daha yaxşı işləməsi üçün vacibdir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1946   Tarix: 13 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

aksessuarlar hamiləlik geyim seçimi dırnaqlara qulluq sarimsagin xeyri cinsəl sağlamlıq asiq kosmetika cinsi əlaqə gunay veten haqqinda bayatilar kurtlar vadisi sanama