İsti yoxsa soyuq qəhvə daha faydalıdır?

İsti yoxsa soyuq qəhvə daha faydalıdır?İsti qəhvənin tərkibində soyuğa nisbətən daha çox antioksidant - orqanizmdə iltihabı azaldan xüsusi molekullar var.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə tanınmış amerikalı kardioloq Macid Basit və endokrinoloq Eva Kvinar danışıb.
M.Basitin sözlərinə görə, antioksidantlar - sərbəst radikalları aradan aparan təbii birləşmələrdir. Sərbəst radikallar toplanması hüceyrələrə zərər verir və ürək xəstəlikləri, Altsheymer xəstəliyi, böyrək çatışmazlığı və xərçəng kimi təhlükəli sağlamlıq problemlərinə səbəb olur. İsti qəhvə də bu sərbəst radikalları effektiv şəkildə aradan qaldırır.
Kardioloq içkinin soyuq variantında antioksidantların daha az olduğunu vurğulayıb.
"Bu, böyük ehtimalla, isti suda dənələrdən soyuq suya nisbətən daha çox qida maddələrinin çıxarılması ilə əlaqədardır", - deyə o bildirib.
Endokrinoloq Kvinar isə soyudulmuş və ya buzlu qəhvənin öz üstünlükləri olduğunu qeyd edib.
Onun sözlərinə görə, soyuq hazırlanmış içki daha yüksək maqnezium və xlorogen turşuları adlanan xüsusi antioksidantlar tərkibinə malikdir.
"Onlar qanda şəkərin səviyyəsini tənzimləməyə və qan təzyiqini normallaşdırmağa kömək edir ki, bu da ürək xəstəlikləri riskini azaldır. Bundan əlavə, soyuq qəhvə isti qəhvəyə nisbətən daha az turşdur. Bu o deməkdir ki, onun qəbulunun həzm pozğunluğuna səbəb olma ehtimalı daha azdır", - deyə mütəxəssis izah edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1318   Tarix: 21 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü

Lavanda yağı əsasən Lavandula angustifolia (əsl lavanda) başda olmaqla, müxtəlif lavanda növlərinin çiçəklərindən əldə edilən təbii uçucu yağdır. Özünəməxsus xoş ətri və geniş istifadə sahələri sayəsində kosmetika, şəxs

turlar.az

geymler 2026 həkim məsləhəti gözəllik məhsulları tərəvəzlər gözəl geyimlər yuxa tortu analiq məktəbi kosmetika birlik haqqinda qurd xəstəliklərinə qarşı mualicə tərəzi bürcü brusell bakteriyası rus dilini oyrenek 2ci ders